Futbolçunun meydandan çıxardığı top yolda qəzaya səbəb oldu VİDEO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Uruqvayın “Uruguay Montevideo” futbol komandası ilə “Paysandú” arasında keçirilən ikinci liqa matçında qeyri-adi hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində “Uruguay Montevideo”nun futbolçusu Riçard Nunes təhlükəli hücumun qarşısını almaq üçün topu güclü zərbə ilə meydandan uzaqlaşdırıb.
Top Parque ANCAP stadionunun hasarını keçərək arenanın yaxınlığındakı magistral yola düşüb. Həmin anda yoldan keçən avtomobillərdən birinin sürücüsü topa dəyməmək üçün qəfil əyləci basıb. Arxadan gələn digər avtomobil isə dayanmağa macal tapmayaraq ona çırpılıb.
Qəza matçın canlı televiziya yayımı zamanı kameralara düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, qarşılaşma “Uruguay Montevideo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Lukas Rodriqes vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















