Icma.az
close
up
RU
Futbolda növbəti mövsümdən tətbiq ediləcək yeni qaydalar açıqlanıb

Futbolda növbəti mövsümdən tətbiq ediləcək yeni qaydalar açıqlanıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 iyul, AZƏRTAC

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2025/2026-cı illər mövsümündən etibarən tətbiq ediləcək yeni qaydaları təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, yeniliklər qapıçıların davranışları, penaltilər, hakimlərlə ünsiyyət və oyunun ədalətli idarə olunması ilə bağlıdır. Ən diqqətçəkən məqam isə qapıçının topu əlində saxlama müddətinə məhdudiyyət qoyulmasıdır.

Qapıçının topu 8 saniyədən artıq əlində saxlaması qadağan edilir

Yeni qaydalara əsasən, qapıçı topu öz cərimə meydançasında 8 saniyədən çox əlində saxlayarsa, komandasının əleyhinə künc zərbəsi təyin olunacaq. Bu vaxta qolkiperin topu havaya atması, əlində saxlaması, yerə qoyması və ya tək əllə tutması da daxildir. Qapıçının ayaqda və ya yerdə olması fərq etməyəcək. Topun qolkiperin tam nəzarətində olduğu andan etibarən hakim saymağa başlayacaq. İlk dəfə bu qaydanı pozan qapıçı üçün yalnız künc zərbəsi təyin ediləcək. Bu hal ikinci dəfə yaşanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntu zamanı isə sarı vərəqə veriləcək. Qapıçı hansı künc bayrağına daha yaxındırsa, zərbə həmin küncdən yerinə yetiriləcək.

Təsadüfi iki toxunmaya görə penalti zərbəsi yenidən vurulacaq

Futbol qaydalarına görə, penalti zərbəsi zamanı oyunçu topa yalnız bir dəfə toxunmalıdır. Əgər iki dəfə toxunarsa, bu qayda pozuntusu sayılır və vurduğu qol ləğv olunur. Yeni mövsümdən etibarən penalti zamanı oyunçu təsadüfən topa iki dəfə toxunsa (ayağı sürüşsə və topa nəzarətsiz şəkildə toxunuş etsə) qol sayılmayacaq, amma penalti təkrarlanacaq.

Hakim qərarlarında yalnız kapitanla ünsiyyət qurulacaq

Yeni qaydalara əsasən, hakimin verdiyi önəmli qərarlarda və ya VAR ilə əlaqəyə keçdiyi hallarda yalnız komanda kapitanı onunla danışa biləcək. Digər oyunçular hakimi mühasirəyə alaraq qərara etiraz edə bilməyəcəklər. Bu qaydaya əməl etməyən futbolçular vərəqə ilə cəzalandırılacaq. Əgər komandanın kapitanı qapıçıdırsa, onun yerinə başqa bir oyunçu əvvəlcədən seçilərək referiyə bildirilməlidir.

Topun kimə veriləcəyi son toxunuşla deyil, nəzarətlə müəyyənləşəcək

Əvvəllər oyun dayandırıldıqda top ona son toxunan komandaya verilirdi. Bu isə bəzi hallarda narazılığa səbəb olurdu. Yeni mövsümdən hakim topun hansı komanda tərəfindən aydın şəkildə nəzarətdə saxlandığını görərsə, top həmin komandaya veriləcək.

Ehtiyat oyunçu və ya məşqçi topa təsadüfən toxunarsa, vərəqə göstərilməyəcək

Əvvəlki qaydalara görə, texniki zonadakı bir məşqçi və ya ehtiyat oyunçu top meydanı tərk etməmiş ona toxunduqda sarı vərəqə göstərilir və cərimə zərbəsi təyin edilirdi. Yeni qərara əsasən, əgər bu toxunuş təsadüfən baş veribsə, artıq vərəqə göstərilməyəcək və oyun sərbəst zərbə ilə davam etdiriləcək.

Ofsaydda qapıçıya dair vacib dəyişiklik tətbiq ediləcək

Oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsində topa ilk toxunma anı əsas götürülür. Əgər bu toxunuş qapıçı tərəfindən edilirsə, onun topu əlindən buraxdığı an – yəni, sonuncu təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsayd qərarlarının daha dəqiq verilməsinə şərait yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri