Icma.az
close
up
RU
Futbolumuz lazımsız limitdən qurtulub TƏHLİL

Futbolumuz lazımsız limitdən qurtulub TƏHLİL

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclası Azərbaycan futbolunu legioner limitindən azad edib.

İdman.biz xəbər verir ki, qurum 17 il əvvəl olduğu kimi yenidən limiti mənasız hesab edib.

Bu addım heç də boşuna atılmayıb. Çünki bu, inkişaf üçün zəruri olan rəqabəti yaratmaq üçün yeganə yoldur. Əks halda isə limitlə - yəni süni yolla meydanda yeri hazır olan yerli futbolçular inkişaf edə bilməzlər.

Əvvəl biri, indi o biri
Süni yolla meydanda yeri təmin olunmanın faydasız olduğunu yaxın keçmişdə də görmüşük. Neçə illər legioner limiti ilə bağlı yaş senzi də mövcud idi. Hər komanda yaşı 21-dək olan oyunçuya şans verməli idi. Xeyli müddət bu qayda tətbiq olunub. Hər il bütün komandalar məcburiyyət qarşısında hansısa gənci meydana buraxmalı olub. Onlarla futbolçu süni yolla əsas heyət üzvünə çevrilib. Amma bu güzəştlərdən yararlananlardan əksəriyyəti yaşı limiti keçdikdən sonra “yoxa çıxıb”. Onlardan kimisi 2-ci liqa, kimisi Region Liqasında, kimisi karyerasını başa vurub. Şansdan yararlanıb inkişaf edənləri barmaqla saymaq olar. Həmin qərarın səhvliyini, faydasızlığını başa düşən AFFA bu dəfə digər limitin kimlərəsə süni şəkildə heyətdə yer yaratdıdığı qənaətinə gəlib. Bunun düzgün olduğunu Avropa nümunəsi də göstərir.

Avropa nümunəsi
Futbolu inkişaf etmiş ölkələrə nəzər salsaq, əksər liqalarda limit yoxdur. Limitin tətbiq olunduğu ölkələrdə isə Avropa İttifaqı üzvü sayılmayanlara şamil edilir. Əksər futbolçuların iki, bəzən üç vətəndaşlığa sahib olması isə limiti mənasıza çevirir. Təbii ki, bizim həmin ölkələrlə müqayisə olunmağı düzgün saymayanlar yetərincədir. Bəli, bu gün futbolumuz aparıcı ölkələrlə müqayisə olunmaqdan çox-çox uzaqdır. Lakin nə vaxtsa onlarla ayaqlaşmaq üçün həmin ölkələrin tutduğu yola üstünlük vermək lazımdır.

Qurbanovun probleminin həlli
Avropada ölkəmizi illərlə layiqincə təmsil edən yeganə komandamızın “Qarabağ”dır. Amma Ağdam klubu daxili yarışlar zamanı limitdən ciddi əziyyət çəkir. Baş məşqçi Qurban Qurbanov avrokubok matçlarında meydana buraxdığı heyəti çempionat görüşlərində sınaya bilmir. Legionerlərin bəzilərini ehtiyatda saxlamağa məcbur olur. Onların oyun tonusunda qalması üçün əcnəbiləri bir-biri ilə əvəz edir, matçın gedişində onlara şans verir. Avrokubokda ehtiyatda qalan yerli oyunçular Premyer Liqada güzəşt sayəsində oynayır. Legionerlərin Avropada oynayıb Azərbaycanda ehtiyatda qalmaması, yerlilərin onlarla rəqabət aparması üçün limitin ləğvi qaçılmaz idi. Son illərdə avrokubok mövsümü bitdikdən sonra az şans qazanan legionerlərə də şahid olmuşuq.

Güclü oynayacaq
Limitin ləğvindən sonra uşaq-yeniyetmə futbolundan çıxan oyunçuların harada oynayacağı sual doğurur. Təbii ki, güclülər yenə meydana çıxacaq. Əcnəbilərlə rəqabət apara biləcək futbolçular inkişaf edəcək və ən yüksək səviyyədə oynayacaq. Digərləri isə heyətinə çox legioner cəlb edə bilməyən klublarda özlərini göstərmək, bundan sonra iddialılara keçmək şansına malik olacaq. Üstəlik, 1-ci, 2-ci liqalarda da oynamaq imkanı var. Bir sözlə, futbolçulardan yalnız bir şey tələb olunur ki, rəqabət aparmaq, inkişaf etmək. Rəqabətə dözməyənlər isə limit oldu, olmadı daha aşağı səviyyələrdə oynamaqla kifayətlənəcək. Elə indi də 1-ci və ya 2-ci liqada oynayan sabiq milli üzvləri az deyil. Güclülərlə ayaqlaşa bilmirsənsə, inkişaf da etmirsənsə, oynamaq üçün yetərincə liqa və turnir var. Kiminsə limit hesabına Premyer Liqada oynamaqla ölkə futboluna heç bir faydası yoxdur.

Təkan var, qalır inkişaf
Güclülərin legioner limiti olmadan daha da inkişaf edəcəyini isə tarix də göstərir. Azərbaycanda limitin olmadığı 2008-10-cu illər heç də hansısa futbolçunun yolunu kəsməyib. Yaxşı oyunçular əcnəbilərlə rəqabətdə daha da yaxşı olub. Onlar yerlərini itirmədilər, əksinə yeni oyunçular üzə çıxıb. AFFA-nın son qərarı bunun yenidən təkrarlanmasına təkan olacaq. Təbii ki, klublar və ilk növbədə futbolçular da bunun üçün çalışsın.

Milliləşməyə son
Limitin ləğvi klubları milliləşməyə meyl göstərməkdən xilas edəcək. Rusiyada adı azərbaycanlıya bənzər oyunçu tapmağa, onu yerli kimi qeydiyyata aldırmağa çalışan komandalar artıq kimisə “aldatmağa” ehtiyac duymayacaq. Yığmalara belə lazım olmayan həmin futbolçulara pasport verməkdənsə, onları limitsiz legioner kimi qəbul etmək yaxşıdır.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri