Icma.az
close
up
RU
Futbolumuzda vəziyyət daha da pisləşəcək Şahruddindən sərt açıqlamalar

Futbolumuzda vəziyyət daha da pisləşəcək Şahruddindən sərt açıqlamalar

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Futbolumuzda vəziyyət daha da pisləşəcək" - Şahruddindən sərt açıqlamalar

Azərbaycanın milli futbol komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirilən oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Görüşü necə şərh edərdiniz?

- Çətin oyun alındı. Fransa kimi güclü rəqiblə qarşılaşırdıq. Çox istəyirdik ki, azarkeşlərimizi sevindirək. Stadion dolu idi. Matça çox yaxşı başladıq, erkən qol vurduq. Lakin bu cür rəqibə qarşı mübarizə aparmaq çox çətin idi. Bizim heyətimizdə 11 futbolçudan yalnız 3-4-ü klubunda daim heyətə düşür. 

- Fasilədə əvəzləndiniz. Zədəniz ciddidir?

- Bu, xroniki zədə kimidir. Ağrı olsa da, iynə hesabına meydana çıxıram. İlk hissənin sonunda isə artıq hiss etdim ki, ayağımda güc yoxdur. Bir ayaqla Fransaya qarşı oynamaq çox çətindir. 

- Zədənin xroniki olması karyeranızın sonunu gətirmir?

- Belə fikirləşmirəm. Nə qədər əməliyyat olsa da, ağrılar mənə güc verir. 

- Sizcə, matça erkən qolla başlamağımız fransızları daha da aqressivləşdirdi? 

- Azarkeşləri qolla sevindirdiyimiz üçün şadam. Fanatlar olmasaydı, bizim üçün bu şəkildə mübarizə aparmaq çətin idi. Bəlkə də çoxları rəqibin Fransa olmasına görə gəlmişdi. İstənilən halda uşaqlar azarkeşlər üçün vuruşurdular. 

- Seçmə mərhələ artıq başa çatdı. Tsikli millimiz üçün necə qiymətləndirmək olar?

- Əvvəldə desəydilər ki, seçmə mərhələni 1 xalla başa vuracaqsınız, bunu pis nəticə kimi qəbul edərdik. Lakin başa düşürük ki, rəqiblər çox güclüdür. Seçmə mərhələyə çox pis başladıq. Bununla belə, xal ehtiyatını artırmaq olardı. Ukrayna ilə səfər matçında xal almağımız mümkün idi. Eləcə də İslandiya ilə evdə daha yaxşı oynamaq olardı.

- Fernandu Santuşla Ayxan Abbasovun iş prinsipində əsas fərq nədədir? 

- Ayxan müəllim futbolçuları daha çox motivasiya edir. O, komandada milli ruhu qaldırıb. Lakin əsas problem başqadır və bunu heç kim müzakirə etmək istəmir. Hamı deyir ki, Abbas klubunda oynamır, niyə millidə meydana çıxır? Lakin bu gün siz o mövqedə Abbasdan güclüsünü tapa bilərsiniz? Söhbət azərbaycanlı futbolçulardan gedir. “Turan Tovuz” meydana 11 legionerlərlə çıxır, əksər klubların start heyətində 9-10 legioner yer alır. Birinci Liqadan danışmaq çətindir. Heç kimi bütün bunları müzakirə etmək istəmir. Lakin futbolçu milliyə dəvət alan kimi hamı deyir ki, niyə çağırılıb? Bəs kim çağırılsın? Başqa kimsə var?

- Yəni sözlərinizdən belə anlaşılır ki, legioner limitinin ləğvi milli komandamıza mənfi təsir edib.

- Əlbəttə. Azərbaycan futbolu limitin sayəsində ayaqda qalırdı. Biz özümüzü Belçika və Fransa ilə müqayisə etməməliyik ki, orada belə sistem var, biz də onu tətbiq edək. Xeyr, biz nə Belçikayıq, nə də Fransa, biz Azərbaycanıq. Bizim cəmi 1 peşəkar liqamız var. Orada 10 klub var idi, indi ikisini artırdılar. “İmişli”də neçə azərbaycanlı start heyətində oynayır, deyə bilərsiniz? Bu gün milliyə dəvət alan qapıçılardan yalnız Səlahət mütəmadi oynayır. Getdikdə vəziyyət daha pis olacaq. Kimsə düşünürsə ki, yaxşı olacaq, yanılır. Getdikcə vəziyyət daha da pisləşəcək. Mən tunelin sonunda işıq görmürəm. 

- Çıxış yolunu nədə görürsünüz?

- Bu uşaqlar harada oynasınlar? Tamam, mən “Qarabağ”dayam. Hoca (Qurban Qurbanovu nəzərdə tutur – red.) Azərbaycan futbolunu düşünür, çempionatda şans verir. Amma ümumilikdə digər uşaqlar harada oynasınlar?

- Bəlkə çıxış yolu legioner həyatı yaşamaqdadır?

- Hara getsinlər, məgər bizi hansısa ölkədə gözləyirlər? Deyirlər ki, gəl burada oyna? Bir ölkə deyin ki, orada bizi gözləyirlər. Hamı deyir gedin, amma hara?

- Hər halda az da olsa gedənlər olur, lakin onlar da tez qayıdırlar...

- Rüfət Abdullazadə gedib Xorvatiyaya, daim oynayır? Xeyr. Çünki orada minlərlə Rüfət var. Hamı özününkünü düşünür. Xorvat fikirləşir ki, eyni səviyyədə futbolçum varsa, neynirəm azərbaycanlını? Amma bizdə əksinədir. Eyni səviyyəli yerli və legioner seçimində prioritet əcnəbi olur. 

- Qayıdaq oyuna. UEFA üçüncü qolu avtoqol kimi qeydə alıb... 

- Açığı, həmin an qarışıqlıq idi. Heç videoda da dəqiq görmədim. Bilmirəm, məndən sonra top rəqib dəydi, ya yox. Avtoqoldusa, avtoqoldu da. 

- Demək olar ki, sonra millimizin qarşısında əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna yüksəlməkdir?

- Tapşırıq belə olabundan caq. Lakin bu, heç də asan deyil. Çünki limitin ləğvindən altı ay keçib, altı aydan sonra vəziyyət daha da pis olacaq. Xaybullayev “Sabah”da son bir ay ərzində cəmi 20 dəqiqə oynayıb. İndi isə Fransaya qarşı meydana çıxır. Klubunda onu heç 60-cı dəqiqədən sonra da meydana buraxmırlar. Azca millini düşünmək olar. Biz azərbaycanlılar döyüşəcəyik. Lakin hər şey bizdən asılı deyil. 

- Uzun sözü qısası, Azərbaycan futbolu günü gündən geri gedir. Elədir?

- Yaxşı olması üçün heç nə görmürəm. Bu limitin ləğvini kim üçün ediblər? Azərbaycan futbolu üçün? Bəs Azərbaycan futbolu nədir? Əlbəttə ki, milli komanda. Limitin ləğvinin hər hansı xeyri var? Mən görmürəm. Jurnalistlər də bu mövzudan sanki yan keçirlər. Soruşun da futbolçular klublarında niyə oynamırlar? İki il əvvəl biz Bakıda İsveçi 3:0 hesabı ilə udmuşduq. İndi İsveçlə eyni səviyyədə oynaya bilərik? Təbii ki yox

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri