Icma.az
close
up
RU
Futbolumuzla bağlı mühüm təklif: Fernandu Santuşla vidalaşaqmı?

Futbolumuzla bağlı mühüm təklif: Fernandu Santuşla vidalaşaqmı?

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Azərbaycan milli komandasının son məğlubiyyəti yenidən beynəlxalq arenada uğur qazana bilməməsi müzakirələri alovlandırdı. Ardıcıl məğlubiyyətlər və nəticəsiz oyunlar azarkeşləri narahat etməyə başlayıb. İsveçrədəki son oyun isə bu vəziyyətin səbəblərinə daha dərindən baxmaq üçün yeni bir stimul oldu.

Məsələ ilə bağlı peşəkar futbol eksperti, presssport.az saytının rəhbəri Mehman Süleymanov Sitat.info-ya danışıb.

O bildirib ki, milli komandamıza ən yaxşı baş məşqçini gətirsək də, problem həll olmayacaq: "20 il əvvəl Azərbaycana baş məşqçi olaraq Karlos Alberto Torres gəlmişdi. Sonrakı illərdə gələn xarici baş məşqçilər uğursuz olsalar da, onların arasında nisbətən yaxşı olaraq xorvatiyalı Robert Prosineçkinin adını çəkə bilərik və mənə görə ən baxımlı milli onun dövründə olub. Təsadüfi deyil ki, milli komandamızın tarixində ən çox 10 xalı onunla toplamışıq. Lakin, onun AFFA ilə fikir ayrılığı səbəbindən yollarımız ayrıldı. Bir şablon ifadə var ki, Azərbaycana istər Mourinyo, istər Qvardiolanı gətir, ciddi bir nəticə olmayacaq. Məncə, bu böyük həqiqətdir. Çünki, onlara güclü komandalar lazımdır ki, düzgün taktika qurub, komandanı daha da inkişaf etdirsinlər. Məşqçi güclü komandanın qarşısında qol vurası, qapıda durası deyil. Bizdə də, səhv siyasət komandanın başına əcnəbi məşqçi gətirməkdir".

M. Süleymanovun sözlərinə görə, Fernandu Santuşla yollar ayrılmalıdır: "Əlbəttə ki, D liqasına düşmək böyük uğursuzluqdur. Belə məqamda uzunmüddətli müqavilə olsa belə baş məşqçi ilə bağlı məsələyə baxılmalıdır. Dekabrda "AFFA İcra Komitəsinin" iclası olacaq. Düşünürəm ki, əgər təzminatda yola gələ bilsələr, Santuşu indidən yola salsınlar. Hər halda, bu uğursuzluqdan sonra radikal addımlar atılmalıdır. Santuşun bu biabırçı məğlubiyyətdən sonra istefasını gözləyirdik, lakin, o belə addım atmadı. Çünki, bu halda təzminat almayacaqdı.Fernando Santuş adına görə gətirildi. Bəli, Ronaldonun baş məşqçisi olub. Lakin, son dövrlərdəki karyerasına baxsaq, Polşa yığmasından, "Beşiktaşdan" tez qovulmuşdu. 
Onu gətirməkdə məqsəd 4 il sonra, 2028-ci ilin "Avropa Çempionatı" üçün komandanı formalaşdırmaq idi. Onun əvəzinə, Arif Əsədova "UEFA Millətlər Liqasında" özünü göstərməsi üçün şans verilməli idi. Santuş gəldikdən sonra da, Arif Əsədov çıxarıldı. Düşünürəm ki, o mətbəxə bələd olan məşqçi olaraq qalmalı idi ki, çətin anda vəziyyətə əl atsın. Təsəvvür edin ki, yeni gətirilən heyətin hamısı portuqaliyalıdır və onlar qısa müddət ərzində komandanı tam tanıya bilməzlər. Qısacası, azərbaycanlı məşqçiyə ehtiyac var."


M.Süleymanov problemi kökdən həll etmək lazımdır. Bunun üçün də uşaq futboluna savadlı mütəxəssis gətirilməlidir: "Hələ Qəbələdəki matçdan sonra, Santuş bizi şirin nağıllara inandırdı ki, bu komandanın potensialı olduğunu görəcəksiniz. Elə 3 gün sonra İsveçrə ilə qarşılaşmada bunun xülya olduğunu anladıq.  Belə problem var ki, arxadan gələnlər- U21, U19, U17 də zəifdir. 4 ilə səndən Ronaldo, Messi çıxmayacaq. Bu sadəcə vaxt və maddi itkiyə səbəb olacaq. Bu halda aşağı yaş qruplarına, uşaq futboluna savadlı mütəxəssisin gətirilməsi daha doğru olar."


Türkanə Muradlı,
Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sitat.info
archiveBu xəbər 22 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri