Icma.az
close
up
RU
“Futbolun inkişafı təkcə federasiyalıq deyil” Ayxan Abbasov

“Futbolun inkişafı təkcə federasiyalıq deyil” Ayxan Abbasov

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-ın seçmə mərhələsində Fransaya 1:3 uduzan yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra media önünə çıxıb.
- Azarkeşlərə təşəkkür edirəm. Çoxdan milli komandaya belə dəstək olmurdu. İstəyirdik ki, futbolçular inamlı olsunlar. Köklənmişdik, qələbə qazanmaq istəyirdik. Yaxşı başladıq, qol vurduq. Şahruddinin zədəsi də təsir etdi. Üçüncü qolda kömək edə bilmədi. Futbolçulara təşəkkür etmək istəyirəm. Nəticə istəyiriksə, səbr etməliyik. İtkilərimiz çox idi. 5-6 əsas futbolçumuz oynamadı. Amma yeni futbolçular qazandıq. İrəli baxmalıyıq.
- Mustafa Əhmədzadə bu gün debüt etdi. Onu da qazandıq. Xəyaldan razı qaldız?
- Mustafanın yerinə təcrübəlilər var idi. Amma İslandiya ilə oyunda Emin olmasaydı, Mustafa startda oynayacaqdı. Onun böyük potensialı var. Xəyal əsas heyətdə oynamağı haqq edir. Xəyal millinin əsas futbolçularından birinə çevrildi.
- Bu tsikldə Azərbaycan millisi nəyə nail oldu?
- Bilirdik ki, qrup çətindi. Fransanın bu qrupda olması rezonans doğurdu. “Oser faciəsi”ni nümunə göstərib deyirdilər ki, getməsək, yaxşıdı. Bunlar futbolçulara inam verdi. Taktiki gedişlər, yaxşı oyun gördük. Yeni futbolçular qazandıq.
- Abbasın hücumda oynaması əvvəldən planlaşdırılmışdı, yoxsa oyun məcbur etdi?
- Şahruddini dəyişmək planda yox idi. Abdulla, Qismət çox yorğun idi. Renat çox yorulmuşdu, məcbur onu çıxardıq. Sağ cinahda da Abbas daha çox Qismətə kömək oldu. Orda autlar qazanırdıq.
- Millidə qalsaz, əsas hədəf nə olacaq? C divizionu, yoxsa uşaq futbolu?
- D divizionundan qalxmalıyıq. Problemlərimiz çoxdu. Bəlkə də heç vaxt bu qədər az seçim olmamışdı. Bunu oyunlardan əvvəl desəydim, səhv anlaşılardı. Sağ cinahda nə edəcəyimizi bilmirdik. Bu uzun söhbətdi. Qısa danışsaq, əl-ələ verməliyik. Futbolun inkişafı təkcə federasiyalıq deyil.
- Millidə sonrakı taleyiniz necə olacaq?
- Bir az səbr edək. Ağır oyunlar idi. Ukrayna ilə oyundan öncə 1 gün vaxtımız var idi. Çətin qrup idi. Oyundan-oyuna hücumdakı istəyimiz inkişaf etdi. Vaxt lazımdı. Bu suala da yaxın zamanda aydınlıq gələr.
- Fatih Terim, Qurban Qurbanov kimi məşqçilər iki yerdə işləyəndə alınmadı. Siz necə qərar verəcəksiz?
- Karpin iki yerdə işləyir. Davam etsək, bu məsələ müzakirə olunacaq. Marta qədər oyun olmayacaq. “Şamaxı”dakı işimi davam etdirməliyəm. Orda da öz öhdəliyim var. Səbr etməliyik.
- Rza Cəfərovu “Şamaxı”ya gətirib, Rikardo Fernandesə dəyişərsiz?
- Bəlkə Rikardonu “milliləşdirək”? (gülür)
- Dünən Sərxan Hacıyevlə nə söhbət edirdiz?
- Fransa ilə oyun haqda.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri