Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Futbolun yeniləşən mundialı

Futbolun yeniləşən mundialı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gözlənilməz qalib və yaxşı qazanan klublar. Bir də turnirin sələfində Tofiq Bəhramov izi

Formatının dəyişdirilməsi, turnirin genişləndirilməsi ilə bağlı narazılıqlara və tənqidlərə baxmayaraq, futbol üzrə klublararası Dünya çempionatı start götürdü, keçirildi və başa çatdı. Sırf oyun baxımından danışsaq, özü də gözlənilməz nəticə ilə yekunlaşdı. “Çelsi” yarışın əsas favoriti sayılan “Pari Sen-Jermen”ə əsl futbol dərsi keçdi. 3:0 hesablı nəticə dediklərimizə aşkar sübutdur.

“Pari Sen-Jermen” bu mövsüm üstünlüklə Fransa çempionu olmuş və UEFA Çempionlar Liqasında layiqli qələbə qazanmışdı. Sonuncu dəfə böyük fərqlə isə 2023-cü ilin oktyabrında “Nyukasl”a uduzmuşdu (1:4). “Çelsi” də çətinlik çəkmədən Avropanın səviyyəcə 3-cü klub turniri Konfrans Liqasının qalibi olmuş, İngiltərə çempionatında isə 4-cü yeri tutmuşdu. Finala daha yaxşı hazırlaşan London təmsilçisinin rəqibi daha yaxşı təhlil etməsi öz nəticəsini verdi.

Əslində, klublararası Dünya çempionatı vaxtilə mövcud olmuş Qitələrarası kubokun xələfidir. Bu kubok uğrunda Avropa Çempionlar kuboku/Çempionlar Liqasının və Cənubi Amerikanın Libertadores kubokunun qalibləri mübarizə aparardı. 1972-ci ildə Qitələrarası kubokun Argentinada “İndependiente” və “Ayaks” komandaları arasında keçirilən ilk final matçını bizim Tofiq Bəhramovun idarə etdiyini də xatırlaya bilərik.

FIFA 2000-ci ildə klublararası Dünya çempionatını təsis edərək bu yarışa təkcə Avropa və Cənubi Amerikanın deyil, digər qitələrin də ən güclü klublarını cəlb etdi. İştirakçı sayı da 7-yə yüksəldi – 6 qitənin hərəsindən bir komanda və təşkilatçı ölkənin təmsilçisi. FIFA 2025-ci ildə isə klublar üçün də sanballı dünya çempionatı təşkil etmək qərarına gəldi. İştirakçı sayı 32-yə, oyun sayı isə 63-ə çatdırıldı. Bu mundial 4 ildən bir keçiriləcəyindən FIFA artıq hər il olacaq Qitələrarası kuboku da bərpa etdi.

Tənqidlər və narazılıqlar, təbii ki, sıx təqvimlə bağlıdır. Yarışların, oyunların sayı da artır. Artıq bir klubun və ya bir futbolçunun bir mövsüm ərzində 60-dan çox rəsmi oyun keçirməsi adi hal alıb. 2024-cü ilin yayında Avropa çempionatında oynayan, bu yay klublararası Dünya çempionatında çıxış edən futbolçuları 2026-cı ildə də iyunun 11-dən iyulun 19-na kimi ilk dəfə 48 milli komandanın mübarizə aparacağı Dünya çempionatı gözləyir.

ABŞ-da təşkil edilən klublararası dünya çempionatında oyunların tez və qızmar günəş altında keçirilməsi, bəzən matçlarda fırtına təhlükəsi üzündən böyük fasilələrin yaranması, həmçinin satışın istənilən səviyyədə olmaması səbəbindən biletlərin qiymətinin xeyli aşağı salınması ilə bağlı xəbərlər də mütəmadi gündəmdə idi. Rəsmi rəqəmlərə inansaq, mundialın hər matçını 39 min 557 azarkeş izləyib. Müqayisə üçün deyək ki, milli komandalar arasında sonuncu dünya çempionatı – Qətər-2022-də bu göstərici 53 min 191, Almaniyada keçirilən Avro-2024-də isə 52 min 574 nəfər olub.

Mundialın iştirakçıları arasında səviyyə fərqi isə özünü məhsuldarlıqda göstərib – orta hesabla hər oyunda 3,1 qol vurulub. Milli komandaların mundialında belə nəticə sonuncu dəfə İsveç-1958-də olub – 3,6 qol. Avropa çempionatlarında isə belə məhsuldarlıq heç qeydə alınmayıb (8-16-24 komandalı yarışlarda).

Klublararası Dünya çempionatından yaxşı qazanan elə klubların özləri olub. Turnirin ümumi mükafat fondu da əvvəlki bütün yarışlarla müqayisədə daha yüksək həddə çatıb – 1 milyard dollar. “The Swiss Ramble”ın hesablamalarına əsasən, göstərdikləri nəticələrə uyğun olaraq, qalib “Çelsi” 114,6 milyon, finalçı “Pari Sen-Jermen” 106,9 milyon, yarımfinalçılar “Real Madrid” 82,5 milyon və “Fluminense - 60,8 milyon, dörddəbir finalçılardan “Bayern” 58,2 milyon və “Borussiya Dortmund” 52,3 milyon, 1/8 finalda mübarizəni dayandırmış “Mançester Siti” isə 51,7 milyon dollar qazanıb.

UEFA Çempionlar Liqasında aparıcı klubların hər oyuna ortalama qazancı 10 milyon dollardan az olsa da, burada hətta 15 milyonu keçib. Hətta aşkar autsayder, 0:10 və 0:6 hesablı məğlubiyyətlər almış, həvəskar futbolçulardan ibarət “Oklend Siti” də büdcəsini 4,6 milyon dollar məbləğində artırıb.

Növbəti klublararası dünya çempionatı 2029-cu ildə keçiriləcək. Mundialın harada olacağı hələ məlum deyil: yenidən ABŞ, həmçinin Avstraliya, Braziliya, Qətər və DÇ-2030-un ev sahibləri – İspaniya, Portuqaliya və Mərakeş bu turniri keçirməyə namizəddirlər. Amma iştirakçılardan 4-ü artıq indidən bəllidir – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Piramids” (Misir), “Kruz Azul” (Meksika) və həmin “Pari Sen-Jermen”.

Bəli, turnirin genişləndirilməsi futbolçulara əlavə yük gətirsə də, klublar üçün böyük maliyyə qazancı oldu. FIFA bu turniri futbolun qlobal inkişafında əsas hadisə kimi görür və gələcəkdə də önəmli tutmağı planlaşdırır.

Rasim MÖVSÜMOV,
idman icmalçısı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri