Icma.az
close
up
RU
Futzal millisinin baş məşqçisi: Ümid edirəm ki, Yunanıstandan 3 xalla dönəcəyik

Futzal millisinin baş məşqçisi: Ümid edirəm ki, Yunanıstandan 3 xalla dönəcəyik

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 mart, AZƏRTAC

“Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Bizi gərgin oyun gözləyir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində bu gün səfərdə Yunanıstanla keçiriləcək oyun barədə danışarkən deyib.

Mütəxəssis Afinada təşkil olunacaq görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, heyətimizdə Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə kimi yüngül zədəli futzalçılar var. Amma oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik”.

O, rəqibi yaxşı analiz etdiklərini vurğulayıb: “Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubunda çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da qapıda yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.

Qeyd edək ki, DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see285

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see226

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see183

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see169

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri