Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olan komanda ilə AFFA da görüş keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə elm və təhsil nazirinin müavini, federasiyanın prezidenti Firudin Qurbanov , AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov bu qələbəni tarixi hadisə kimi dəyərləndirərək, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sərxan Hacıyev komandanın yarışda güclü İspaniya və Fransa kollektivlərinə qalib gəlməsini xüsusi vurğulayıb.
Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatının finalında İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















