Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
İkinci görüşdə "Neftçi" İK "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.
Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















