Icma.az
close
up
RU
Füzuli əməliyyatı Azərbaycan Ordusunun ən əhəmiyyətli döyüşlərindən biri idi

Füzuli əməliyyatı Azərbaycan Ordusunun ən əhəmiyyətli döyüşlərindən biri idi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir.

30 ilə yaxın dövr ərzində ərzilərinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və dönməz iradəsi, həmçinin xalqımızın Fateh Sərkərdə ətrafında sıx birləşməsi sayəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya göstərilən şücaət və qəhrəmanlıq mücəssəməsi həm də yeni tarixin və reallıqların başlanğıcını qoydu. Azərbaycan Ermənistana öz yerini göstərdi. Beynəlxalq aləm 2020-ci ildə apardığımız haqq-ədalət uğrundakı mübarizəmizin şahidlərinə çevrildi. Öz sahiblərini gözləyən torpaqlarımız, tarixi abidələrimiz, müqəddəs ocaqlarımız öz sahiblərinə qayıtdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il işğalçı Ermənistan silahlı birləşmələrinin və terrorçularının nəzarəti altında qalan, Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Cəbhədən gələn qələbə müjdələri xalqımızı daha da qürurlandırır, tezliklə 30 ilin işğalına son qoyulacağına əminlik yaradırdı. Hər gün bir şəhərin, yaşayış məntəqəsinin azadlığa qovuşması ilə yadda qaldı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Torpaq, Vətən sevgisini döyuş ruhunun artmasında qabarıq şəkildə büruzə verən Azərbaycan Ordusu hər gün irəli getdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, dünyanın ən güclü ordusu Azərbaycan Ordusudur. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji və simvolik əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Bu qələbə dövlətin siyasi iradəsinin, milli birliyin və ordu quruculuğunun nəticəsi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ təşkil etdi. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. 2023-cü ildən etibarən həmin günün “Füzuli şəhəri günü” kimi qeyd olunması həmin hadisənin tarixi və ideoloji yükünü dövlət səviyyəsində rəsmiləşdirib.

İşğaldan azad edildikdən sonra isə Füzuli rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə dövrü inkişaf strategiyasının nümunəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” regionun sosial-iqtisadi dirçəlişinin elmi əsaslara söykənən planlaşdırma modelini formalaşdırdı. Füzuli Beynəlxalq Hava Limanının, Zəfər və Füzuli-Hadrut avtomobil yollarının, Rəqəmsal Yarımstansiyanın və Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi yalnız infrastrukturun bərpası deyil, həm də Qarabağın gələcək iqtisadi inteqrasiyasını təmin edən mühüm mərhələ oldu. Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” strategiyası çərçivəsində Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı sosial dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Bu proses təkcə demoqrafik göstəricilərin bərpası deyil, həm də milli yaddaşın, mədəni irsin və mənəvi bağların bərpası kimi dəyərləndirilir. Hazırda yüzlərlə ailənin daimi yaşayış üçün Füzuliyə köçürülməsi bu siyasətin real nəticələrini əks etdirir. Bərpa prosesində beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Qardaş Özbəkistanın Mirzə Uluqbəy adına orta məktəbini, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa etməsi Türk dünyasının həmrəyliyinin, mənəvi dəstəyinin və mədəni diplomatiyanın bariz göstəricisidir. Bu layihələr azad edilmiş ərazilərin bərpasında regional tərəfdaşlığın yeni modelini təqdim edir. Dövlətin məqsədyönlü siyasəti nəticəsində region artıq yalnız siyasi deyil, həm də iqtisadi və sosial canlanmanın mərkəzinə çevrilir. Burada həyata keçirilən layihələr milli potensialın səfərbərliyini, idarəetmənin effektivliyini və uzunmüddətli planlaşdırma mədəniyyətini əks etdirir. Beləliklə, Füzuli şəhəri bu gün Azərbaycan dövlətçiliyinin yenilənmiş güc modelinin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri