Icma.az
close
up
RU
Füzuli Məmmədov: “Hansısa səhv bizi Premyer Liqadan sala bilər“

Füzuli Məmmədov: “Hansısa səhv bizi Premyer Liqadan sala bilər“

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Karvan-Yevlax" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, "Zirə" yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə rəqibi buraxdıq və qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istədik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.

- Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi...

- Hər bir fubtolçunun oyunu alınmayanda stressə düşür. Bu, normaldır. Qavi təcrübəli oyunçulardır. Sakitləşdikdən sonra başa düşdü. Qavini dəyişdik ki, ora hücumameyilli oyunçu əlavə edək.

- Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiz. Bu, nə ilə bağlıdır?

- "Sumqayıt"la matçda Raufun oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq dəyişiklik üçün edirik. Taktiki gedişlərdir.

- Birinci hissədə potensial penalti epizodu var idi. Təkrara baxdız?

- Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir. O epizodda dirsək var idi. Amma fərq var. Bizim müdafiəçimizə qarşı dirsək zərbəsi oldu.

- Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sonuncu pillədə olduğunuza görə, hakimlər sizə qeyri-ciddi yanaşırlar?

- Çox təsir edir. Biz çox əziyyət çəkirik. Futbolçular da əziyyət çəkirlər. Hər oyuna qalibiyyət üçün çıxırıq. Belə epizodlar bizi əzir. Bizim oyunlarda hakimlər maksimum diqqətli olmalıdır. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri