Icma.az
close
up
RU
Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax” “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək bizim üçün çətin oldu. Futbolçularda psixoloji gərginlik var idi, lakin həm rəhbərlik, həm də məşqçilər korpusu tam dəstək göstərdilər. Bilirdik ki, ağır oyun olacaq. “Kəpəz”in heyəti kifayət qədər güclüdür, amma çox ciddi hazırlaşmışdıq. Oyunçularımız əzmkarlıq göstərdilər, hesab daha da böyük ola bilərdi. 4:1 hesabına baxmayaraq, çətinlik çəkdik. 2:1 olanda rəqib oyunu dəyişə bilərdi, amma futbolçularım oyundan düşmədilər, əksinə, növbəti qolları da vurmağı bacardılar. Azarkeşlərimiz bundan çoxuna layiqdilər, lakin biz onları lazımi qədər sevindirə bilmirik. Buna görə məyus oluram. Qarşıda hələ 6 tur var, hər birində əzmkarlıqlıq göstərməyə çalışacağıq. Bizi daha yaxşı qələbələr gözləyir.

– Həmişə deyirdiniz ki, bir qələbə olsun, hər şey düzələcək… 

– Əlbəttə ki, digər klublarda çalışdığım vaxtlarda da görmüşəm ki, qalibiyyət futbolçulara motivasiya verir. Bu oyundakı nəticə də bizə gələcək üçün ümid verir.

– Erkən qolların, ilk hissəni üstün başa vurmağın psixoloji üstünlüyü varmı? 

– Əlbəttə, hər qol rəqibi həvəsdən salır. İlk hissədə Raufun iki qol vurması komandaya böyük ümid verdi. Fərq minimuma enəndə futbolçularda ehtiyatlılıq, hesabı qorumaq hissi yarandı. Deyərdim ki, üçüncü qol oyunun taleyini həll etmiş oldu.

– Rauf bu gün parlaq oyun göstərdi, siz onda bu bacarığı kəşf etmişdiniz? 

– O, əsas heyətə layiq futbolçulardan biridir, çox əzmkar və istəklidir. Son iki turu əsas heyətdə oynaya bilməmişdi, səbəb yalnız heyətdəki rəqabət idi. “Araz Naxçıvan”la oyunda gözləntilərdən aşağı çıxış etdiyi üçün ədalətli davranıb digər oyunçulara şans verməli olmuşduq. Rauf bu oyunla bir daha özünün hansı səviyyədə olduğunu sübut etdi.

– Bu qarşılaşma göstərdi ki, komanda top saxlaya, oyun göstərə, qol vura bilir. Bəs bu ana qədərki periodda nələr baş verirdi?

– Burda çox nüanslar var. Bəzən futbolçular xırda səhv edirlər, nəticədə qol buraxırıq. Dərhal psixoloji düşkünlük yaranır. Komandanın potensialına bələdəm, bəzi başqa oyunlarda da çox yaxşı oynamışıq, olub ki, qolumuzu da saymayıblar. Bəzi görüşlərdə qapımıza gözləmədiyimiz zamanda qollar vurulub. “Kəpəz” və bəzi komandalar var ki, biz onlarla nəinki başabaş, hətta üstün də oynaya bilirik. Bu gün də bunu göstərdik.

– Mövsümün bitməsinə 6 tur qalmış “Qəbələ” ilə “Karvan-Yevlax” arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsız?

– Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

Adil Nəhmətli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Aprel 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri