Füzulidə FİFA nın dəstəyi ilə festival keçirildi Şəkillər
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.
QOL.az xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə 62 qız iştirak edib.
Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçiləri, futbolçuları və assosiasiya nümayəndələri iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.
İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.
Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.
Yuxarı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















