Füzulidə həkim səhlənkarlığı: 9 yaşlı uşaq əməliyyatın qurbanı oldu
Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.
Beyləqanın Kəbirli kənd sakini Orxan Vəliyev 9 yaşlı oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. O, övladını sünnət əməliyyatı etdirmək üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq əməliyyat nəticəsində uşaqda ciddi xəsarət yaranıb.
Orxan Vəliyev iddia edir ki, həkim məsuliyyəti boynundan atır:
"Noyabrın 14-də oğlumu Əhəd həkimin yanına apardım və o, sünnət əməliyyatını həyata keçirdi. Səhəri gün uşağın qanaxması oldu. Həkimə zəng vurduq, dedi ki, narahat olmayın, keçib gedəcək, bu, adi haldır. Lakin oğlum əziyyət çəkirdi. Evdə baxarkən gördük ki, həkim uşağın cinsiyyət orqanını deşib. Yenidən Əhəd həkimin yanına getdim, o isə bunu inkar edərək dedi ki, bu, anadangəlmə qüsurdur. Uşağı Bakıya apardım, dörd müxtəlif cərrah baxdı və onların hamısı bunun həkim səhvi olduğunu söylədilər. Əhəd həkim əməliyyatı lazerlə edəcəyini desə də, əslində lazer istifadə olunmayıb".
Orxan Vəliyev hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə şikayət etdiyini bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:76
Bu xəbər 29 Noyabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















