Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Füzulidə yeni həyat qurulur

Füzulidə yeni həyat qurulur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq işğala məruz qalıb. Füzulinin bir hissəsinin digər rayon və kəndlərimiz kimi Ermənistan tərəfindən işğalı tariximizin acı səhifələrindən idi. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli coğrafi mövqeyinə olduqca əlverişl mövqeyəi sahibdir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli Azərbaycanın ən iri yaşayış məskənlərindəndir. Rayonun əsası 1827-ci ildə qoyulub. Quruçay, Köndələnçay, Çərəkən çayları və Araz hövzəsini əhatə edən Füzuli rayonu 1959-cu ilin aprelindən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının dörd yüz illiyi şərəfinə belə adlanıb.

Ermənistanın işğalına qədər Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi idi. Füzulidə 8 guşəli Şeyx Babi Yaqub (12-ci əsr) türbəsini, 14-cü əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, 19-cu əsrin Cəlil türbəsi mövcud olub. Təbii ki, bu tarixi torpaqlarımızın Ermənistanın işğalında olması xalqımız üçün aci bir reallıq idi. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç vaxt işğal siyasəti ilə barışmayıb. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi tarixi Horadiz əməliyyatı ilə Füzuli rayonun iyirmi iki yaşayış məntəqəsi işğaldan azad olunmuşdu.
Vətən müharibəsi nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27-i sentyabr 2020-ci il də başlayan Vətən müharibəsində Füzulinin altmış iki yaşayış məntəqəsi işğaldan azad olunub. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ağır döyüşlərindən idi. Keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandırdı. Azərbaycan Ordusu 44 gündə hərbi tarixində parlaq bir salnamə yaratdı. Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalının təltif edilməsi qəhrəmanlarımıza verilən ən yüksək ali dəyər idi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Füzuliyə bu gün həyat qayıdır. Ermənilərin basdırmış olduğu minaların təmizlənməsi ilə yanaşı böyük quruculuq-bərpa işləri görülür. Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələri icra olunur. Səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə dəyişir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə məktəb inşa olunub. Qazaxıstan prezidentinin təşəbbüsü Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi hesab edilir. Füzulidə bütün bunlarla yanaşı Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işlər uğurla icra edilir ki, bu da keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönüşünə imkan yaradır”.
Füzuli bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır. Artıq füzulilərin bir qismi öz yurd-yuvasına qayıdıb. Rayonda geniş quruculuq işləri uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurun unkişaf konsepsiyasına uyğun olaraq işlər ardıcıllıqla və proqram şəklində icra edilir. Bölgənin siması dəyişir. Füzuli artıq yerli və xarici qonaqları qarşılayır. Qarabağın hava məkanından qapısı sayılan Füzuli Beynəlxalq Aeroportu yerli qonaqlarla yanaşı xarici qonaqların, ölkə başçılarının təyyarələrini eniş etdiyi bölgə hesab edilir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik əsarətindən xilas edilən Qarabağ və Şərqi Zəngəzur yeni bir inkişaf yolundadır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri