Füzulidə Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” və “Avita” MMC-nin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələri üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirilib.
Tədbirdə Gömrük Komitəsinin nümayəndələri, Mərkəzi Gömrük Hospitalının tibbi personalı və Füzuli sakinləri iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının həkimləri kardioloji, uroloji, endokrinoloji və digər tibbi xidmətlər göstərərək 250 nəfərə müayinə və müalicə təklif ediblər. Müayinədən keçənlərə dərman preparatları paylanılıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əvvəlki illərdə də Cocuq Mərcanlı, Horadiz, Ağalı, Tərtər, Lənkəran, Astara, Yevlax və digər bölgələrdə oxşar tibbi aksiyalar təşkil edib.
Leyla QURBANOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















