Icma.az
close
up
RU
Füzulinin Pirəhmədli kəndinə ilk mərhələdə 280 ailə köçürüləcək

Füzulinin Pirəhmədli kəndinə ilk mərhələdə 280 ailə köçürüləcək

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İşğaldan azad olunduqdan sonra yenidən qurulan Füzuli rayonunda Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası davam edir. Rayonun Dövlətyarlı kəndi ilə yanaşı Pirəhmədli kəndində də genişmiqyaslı tikinti işləri sürətlə aparılır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan pirəhmədlilər üçün kənddə müasir yaşayış məntəqəsi formalaşdırılır.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi üzrə tikinti işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir.

Onun sözlərinə görə, layihə ümumilikdə 89,63 hektardan çox ərazini əhatə edir. Burada 347 fərdi yaşayış evinin, həmçinin 277 mənzilli, dördmərtəbəli 8 yaşayış binasının tikintisi nəzərdə tutulub.

Quliyeva qeyd edib ki, ilkin mərhələdə 74,69 hektar ərazidə 280 fərdi yaşayış evi inşa olunur və onlardan 146-sının bu ilin sonunadək tamamlanması planlaşdırılır.

Onun sözlərinə görə, birinci mərhələdə 280 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Hazırda yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati binanın tikintisi davam etdirilir. Eyni zamanda kənddaxili yolların, mühəndis-kommunikasiya xətlərinin və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır.
Pirəhmədlidə həyata keçirilən yenidənqurma işlərinin başa çatması ilə növbəti köç karvanlarından birinin də bu kəndə yola salınması gözlənilir. Beləliklə, illərlə doğma torpaqlarından ayrı düşən sakinlər doğma ocaqlarına qayıdaraq yeni və müasir şəraitdə həyatlarını yenidən quracaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 İyul 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri