Füzuliyə köçürülmüş sakinlərdən 1100 dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏIRTAC-a verilən məlumata görə, həmin sakinlərdən artıq 1102 nəfəri məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1047 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, köçürülmüş sakinlərdən 53 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















