G7 dizellə bağlı vacib qərar verdi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Yeddilik (G7) ölkələri Beynəlxalq Enerji Agentliyi ilə koordinasiyalı şəkildə, dörd ay ərzində strateji ehtiyatlardan 100 milyon barel neft və neft məhsullarının bazara çıxarılması barədə razılığa gəliblər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, məlumat G7 liderlərinin birgə bəyanatında yer alıb.
İlk 20 gündə G7 ölkələri və onların tərəfdaşları "əhəmiyyətli" həcmdə dizel yanacağı azad etmək niyyətindədirlər. Onlar həmçinin neft emalı zavodlarının texniki xidmət qrafiklərini əlaqələndirmək və enerji ticarətinə məhdudiyyətlər qoymamaq barədə razılığa gəliblər.
Dünən mənbələr Reuters agentliyinə bildiriblər ki, ABŞ Fransa və Almaniyanın qlobal yanacaq qiymətlərini aşağı salmaq üçün təcili dizel ehtiyatlarından istifadə etməyə başlamasını tələb edib. Vaşinqton, imtina etsələr, dizel ixracını qadağan etməklə hədələyib.
Yanacaq qiymətləri ABŞ-İsrail müharibəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi səbəbindən artıb. Bu fonda Avropa ölkələri ABŞ-dan idxal olunanyanacağa getdikcə daha çox asılı vəziyyətə düşüblər.
ABŞ prezidenti Donald Tramp 3 noyabr ara seçkilərindən əvvəl daxili yanacaq qiymətlərini aşağı salmağa çalışır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:157
Bu xəbər 03 Oktyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















