G7 İranın Yaxın Şərqdəki nüvə fəaliyyətini pisləyir
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə G7-nin xarici işlər nazirlərinin Münxendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc olunmuş bəyanatda qeyd olunub.
Bildirilib ki, G7 üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər.
G7 xarici işlər nazirləri Tehranı ballistik raketlər və pilotsuz uçuş aparatları proqramlarını inkişaf etdirməkdə və insan haqlarını pozmaqda qınayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Fevral 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















