G7 ölkələri Suriyada siyasi keçid prosesinə dəstək ifadə edib
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Suriya xalqına və inklüziv siyasi keçid prosesinə tam dəstək ifadə ediblər.
Bu barədə G7-nin sədri İtaliyanın Nazirlər Şurası məlumat yayıb.
“Bütün tərəfləri Suriyanın müstəqilliyinə və suverenliyinə hörmət edərək, ərazi bütövlüyünü və milli birliyini qorumağa çağırırıq. Bu çərçivədə qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına və bütün suriyalıların müdafiəsinə hörməti təmin edən etibarlı, əhatəli və məzhəbsiz hökumətə aparan keçid prosesini dəstəkləməyə hazırıq. G7 bu standartlara hörmət edən gələcək Suriya hökuməti ilə işləyəcək və onu tam dəstəkləyəcək. Biz Suriya xalqının yanındayıq, terrorizmi və onun bütün formalarında zorakı ekstremizmi pisləyirik”, – deyə məlumatda qeyd olunur(azərtac).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















