G7 Suriyada dünyəvi hökumətə keçidi dəstəkləməyə dəstəkləməyə hazırdır
Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Biz bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırırıq”
“Yeddilik Qrupu” (G7) ölkələri Suriyada yeni, daha demokratik və dünyəvi hökumətə keçidi dəstəkləməyə hazır olduğunu bəyan edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu ölkələrin qeyri-rəsmi klubunun yaydığı bəyanatda deyilir.
“Biz bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırırıq. Biz bu çərçivədə etibarlı, əhatəli, dünyəvi idarəçiliyə gətirib çıxaracaq və qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına, bütün suriyalıların, o cümlədən etnik və dini azlıqların qorunmasına, şəffaflığa hörməti təmin edəcək keçid prosesini dəstəkləməyə hazırıq”, – G7 ölkələri qeyd ediblər.
Onlar bu prinsiplər əsasında qurulan hökuməti dəstəkləyəcəklərinə söz veriblər. Həmçinin ölkənin əvvəlki rəhbərliyinin cinayətlərlə bağlı məlumatlarının araşdırılmasını istəyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Dekabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















