G7 tarixinə dəyişiklik gəlir? Trampın gözlənilməz çıxışı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Çinin G7-yə qoşulması pis fikir deyil”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə G7 sammiti çərçivəsində keçirilən görüş zamanı səsləndirib.
Tramp əslində, bu ideya ilə razılaşdığını ifadə edərək deyib:
“Bu, pis fikir deyil. Əgər kiminsə belə bir təklifi varsa, mən buna qarşı deyiləm. Sadəcə, sizə danışıla biləcək tərəflər lazımdır”.
Bundan başqa, Ağ Ev rəhbəri bildirib ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdikdən sonra G8-dən (hazırkı G7) çıxarılması “böyük səhv” olub.
“Bu böyük səhv idi. Əgər o vaxt Rusiya qrupda qalsaydı, bu müharibə olmazdı. O dövrdə mən onu düşmən kimi də görmürdüm,” – deyə Tramp vurğulayıb.
G7 – dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirən beynəlxalq təşkilatdır. Hazırda onun tərkibinə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. İlk sammit 1975-ci ildə Fransada keçirilib.
Qeyd edək ki, 1997-ci ildə Rusiyanın qrupda yer alması ilə təşkilat “Böyük Səkkizliyə” çevrilmişdi. Lakin 2014-cü ildə Krımın ilhaqından sonra Qərb ölkələrinin qərarı ilə Rusiya təşkilatdan uzaqlaşdırılmış və format yenidən G7 adlandırılmışdı.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 İyun 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















