Icma.az
close
up
RU
G7nin toplantısına Ukrayna XİN rəhbəri niyə dəvət olunub? AÇIQLAMA

G7nin toplantısına Ukrayna XİN rəhbəri niyə dəvət olunub? AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. Görüşdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi iştirak edib.

Maraqlıdır, toplantının əsas məqsədi nə olub və hansı mövzular müzakirə olunub?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, toplantıda təhlükəsizlik məsələləri, münaqişə zonalarındakı vəziyyət , Yaxın Şərqdə artan gərginlik müzakirə edilib, əsas mövzu isə Rusiya-Ukrayna müharibəsi olub:

“Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub. Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb. Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib. Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib”.

Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb:

“Nazir Rusiya-Şimali Koreya ittifaqının yalnız Avropaya deyil, Avropanın Asiyadakı tərəfdaşlarına da təhlükə yaratdığını vurğulayıb. Çünki Şimali Koreya Rusiyaya verdiyi hərbi dəstək qarşılığında Kreml Şimali Koreyanın Cənubi Koreya, Yaponiya və ABŞ ilə qarşıdurmasına əməli dəstək verəcək. Bu isə Hind-Sakit okean bölgəsində vəziyyəti gərginləşdirəcək. Andriy Sibiqa Avropa və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyinin bir-birinə sıx bağlı olduğunu bildirib. Ukrayna xarici işlər nazirinin xüsusi olaraq bu mövzuya diqqət yetirməsinin məqsədi aydındır. Şimali Koreyanın Rusiyaya on minlərlə hərbçi göndərməsi Ukraynada müharibənin miqyasını artıracaq və problemi qloballaşdıracaq. “Böyük yeddilik” Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsini tənqid etsə də, üzv ölkələr Ukraynaya hərbçi göndərmək fikrində deyillər. 

ABŞ və Avropa dövlətlərinin Çindən gözləntiləri var ki, Pekin Şimali Koreya ilə yaxınlığından istifadə edərək bu dövləti Rusiyaya hərbçi göndərmək fikrindən daşındıracaq. Ancaq Pekinin bu məsələyə qarışmaq fikri yoxdur. Əksinə, Çin Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasından istifadə edərək bölgədəki öz hədəflərinə çatmaq istəyir. Bu hədəflərdən ən başlıcası Tayvanı Çinə birləşdirməkdir. Çinin hərbi təyyarələri və hərbi gəmiləri Tayvan ətrafında patrul xidmətini davam etdirirlər. Tayvan rəhbərliyi iddia edir ki, Çin kəşfiyyat məqsədilə ada üzərinə hava şarları buraxıb. Pekin Tayvanın hava şarları ilə bağlı iddialarını rədd edərək, onların meteoroloji məqsədlər üçün istifadə olunduğunu açıqlayıb. Bu fakt ötən il də qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarının hava sahəsi üzərində Çinə məxsus kəşfiyyat şarları vurulmuşdu”. 

Politoloq vurğuladı ki, “Böyük yeddilik” həm Avropa və Asiya qitəsinin təhlükəsizlik problemlərini düşünməli, həm də Yaxın Şərqdə qarşıdurmanın dayandırılmasına çalışmalıdır: "Vaşinqtonun vasitəçiliyi ilə İsraillə Livan hökuməti arasında nisbi atəşkəs barədə razılıq əldə olunsa da, bu qarşıdurmanın sonu deyil". 

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see314

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see236

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see125

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see123

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri