Icma.az
close
up
RU
Ganjavi Holding prezidenti sentyabr ayı üçün iki mukafata layiq görüldü

Ganjavi Holding prezidenti sentyabr ayı üçün iki mukafata layiq görüldü

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Qaynarinfo xəbər verir ki, mükafatın biri "Avand Production” tərəfindən təşkil olunan "Caspian Awards 2025” və digər isə "Caspian Events Group” tərəfindən təşkil olunan "International Star Awards 2025” layihələrində "Ganjavi Holding” prezidenti Elşən Gəncəvi üçün təqdim edilmişdir.

İctimai xadim və iş adamı Elşən Gəncəvi "Caspian Awards 2025” və "International Star Awards 2025” layihələrində "İş Adamı” nominantlarına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Ganjavi Media”nın, "Strateji.az” informasiya və "Siyasi.az” xəbər portallarının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Public” və "Gəncəvi” jurnallarının təsisçisi, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən "Ganjavi Holding”, "Najafsoy Group”, "Ganjavi Media” və "ELSHAN GANJAVI” şirkətlər fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, media üzərindən reklam xidmətləri, eləcə də hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Şirkətlər eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

Elşən Gəncəvi "Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI”, "Turkey Exclusive Awards 2022” layihəsində "AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” və "Altın Melek Ödülleri 2025” layihəsində "YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri