Icma.az
close
up
RU
GDU da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

GDU da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 18 iyun, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyasının gedişini izləmək məqsədilə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mediatur iştirakçıları ilə görüş keçirilib. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxış edərək 2025/2026-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyası ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, imtahan prosesində obyektivliyin və akademik dürüstlük prinsiplərinin təmin olunması universitet rəhbərliyinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Prorektor Gəncə Dövlət Universitetində tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması, eləcə də imtahan prosesində operativ nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı həyata keçirilən işlər haqqında danışıb.

Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxışında qeyd edib ki, Gəncə Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasına iyunun 1-də start verilib. İyunun 8-dən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Hazırda imtahanlar uğurla davam edir. Bütün imtahanlar kameralarla təchiz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Gün ərzində 2000-ə qədər tələbə test imtahanlarında iştirak edir. İmtahan sessiyasının yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi və tələbələrin biliyinin qiymətləndirmə prosesində obyektivliyin təmin olunması məqsədilə universitet rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülür.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Tədris departamentinin direktoru Elturan Yusifov, elmi katib Seymur Meşaik çıxışlarında imtahanlarda ictimai baxışın əhəmiyyətindən danışıblar.

Tələbə valideynləri imtahanlarda obyektivliyin təmin olunmasına və ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı, onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

Mediatur iştirakçıları universitetdə tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Qeyd edək ki, yaz imtahan sessiyasının iyulun 3-də yekunlaşması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri