Icma.az
close
up
RU
GDU da “Müharibənin gözəlləri” sənədli filmin bir hissəsi çəkildi

GDU da “Müharibənin gözəlləri” sənədli filmin bir hissəsi çəkildi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə “Vətən TV Media Şirkəti MMC”  “Müharibənin gözləri” adlı sənədli film istehsal edir. Sənədli filmin sujet xəttinin qəhrəmanlarından biri 2020-ci il oktyabrın 4-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində gözlərini itirən Pərvin Qasımovadır. Bu dəhşətli hadisə baş verəndə Pərvinin  26 yaşı var idi. 

Pərvin Qasımova 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin tələbəsi olub. Oxuduğu illərdə professor Şaiq Məmmədov ona təsviri incəsənətin sirlərini öyrədib. Sənədli filmin sujet xəttinə görə Pərvin ali təhsil aldığı Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Şaiq müəllimlə görüşür. Burada onlar ali təhsil illərindəki xatirələrdən  danışırlar.

Sənədli filmin digər qəhrəmanı isə 1991-ci ildə Xocavənd rayonun Tuğ kəndindən anadan olan Qədir Qurbanovdur.  O, 1996-cı ildə işğaldan azad olunan Füzuli rayonunun Şıvartı kəndində müvəqqəti məskunlaşır. Qədir erməni işğalından yeni azad olunan həmin kənddə dağılan evlərdən birində oynayarkən, ermənilər tərəfindən quraşdırılan minaya düşür. Nəticədə o hər iki gözünü və sağ əlini dirsəyinə qədər itirir.

 “Müharibənin gözləri” sənədli filmində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində gözlərini itirən iki nəfərin taleyi nümunəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Filmdə vurğulanır ki, zaman və məkan məhfumlarından asılı olmayaraq erməni terrorçuluğunun xisləti, mahiyyəti heç vaxt dəyişmir.

 Sənədli filmin ssenari müəllifi Etibar Məmmədov, rejissoru Elşən Zeynallı, operatoru isə Fahir Səmədoğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri