Gecə gündüz gözləyirlər... Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Banqladeşdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, sürücülər benzin və dizel əldə edə bilmək üçün gecə-gündüz saatlarla gözləməyə məcbur qalırlar.
Məlumata görə, vəziyyət Yaxın Şərqdəki münaqişə fonunda enerji tədarükündə yaranan çətinliklərlə əlaqələndirilir. 170 milyondan çox əhalisi olan ölkə neft və qaz ehtiyacının təxminən 95 faizini idxaldan təmin edir və bunun böyük hissəsi Yaxın Şərq regionundan gəlir. Hörmüz boğazı üzərindən enerji daşımalarının dayanması da təchizat zəncirinə ciddi təsir göstərib.
Rəsmilər isə ölkədə böhran olmadığını iddia edirlər. Banqladeşin energetika naziri İqbal Həsən Mahmud yanacaq çatışmazlığı ilə bağlı iddiaları təkzib edərək, kifayət qədər ehtiyatın olduğunu bildirib.
Bununla belə, mobil operatorların milli assosiasiyası artıq yanacaq qıtlığı səbəbindən fasiləsiz xidmətə zəmanət verə bilməyəcəklərini açıqlayıb.
Paytaxt Dəkkədə yanacaqdoldurma məntəqələrində uzun gözləmə növbələri müşahidə olunur. Keçmiş hökumət rəsmilərindən biri isə saatlarla gözlədikdən sonra bəzi məntəqələrdə yanacağın tükəndiyini bildirib.







Baxış sayı:77
Bu xəbər 22 Aprel 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















