Icma.az
close
up
RU
Gecə işığı ürək xəstəliyi riskini artıra bilər

Gecə işığı ürək xəstəliyi riskini artıra bilər

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Yeni araşdırmaya görə, gecə saatlarında süni işığa məruz qalmaq, dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biri – ürək-damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

JAMA Network Open jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, yataq otağında parlaq işıq altında yatan insanların ürək çatışmazlığı inkişaf etdirmə riski 56%, koronar arter xəstəliyi riski 32%, insult riski isə 28% daha yüksək olub.

Tədqiqatın müəlliflərindən Dr. Daniel Windred bildirib ki, bu, “indiyə qədər aparılmış ən əhatəli analiz” hesab olunur. Araşdırmada 2013–2022-ci illər arasında toplanan 13 milyon saatlıq işıq məlumatı təhlil edilib və Böyük Britaniyada 40–69 yaş arası təxminən 89 min nəfər iştirak edib. Mütəxəssislərin fikrincə, süni işıq melatonin hormonunun istehsalını azaldaraq yuxu dövrünü pozur və bu da ürək-damar sisteminə mənfi təsir göstərir.

ABŞ-nin Penn State Universitetinin Yuxu Araşdırma Mərkəzindən Dr. Julio Fernandez-Mendoza deyib:
“İşıq orqanizm üçün stress mənbəyi kimi təsir göstərə bilər; bu zaman ürək döyüntüləri, stress hormonları, qlükoza və insulin səviyyəsi artır, nəticədə iltihab yaranır.”

Tədqiqat həmçinin göstərib ki, gündüz saatlarında kifayət qədər təbii işığa məruz qalmaq ürək sağlamlığı üçün faydalıdır və orqanizmin sirkadiyen (bioloji) ritmini tənzimləməyə kömək edir.

Mütəxəssislərdən tövsiyələr: Yatmazdan ən azı 4 saat əvvəl ekranlardan uzaq durun, lazımsız işıqları söndürün və isti tonlarda loş lampalardan istifadə edin, pəncərədən gələn işığı azaltmaq üçün qaranlıq pərdələrdən istifadə edin, parlaq rəqəmsal saatlardan və tavan işıqlarından uzaq durun, lazım gələrsə, yuxu maskasından istifadə edin.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, süni işığın bioloji ritmə və bununla da ürək-damar sağlamlığına təsirini güclü şəkildə dəstəkləyir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri