Icma.az
close
up
RU
Gecə maşında qalan paltarı yenidən yumaq lazımdırmı?

Gecə maşında qalan paltarı yenidən yumaq lazımdırmı?

Icma.az, Lent az saytına istinadən bildirir.

Yuyulmuş paltarları barabanda unutmaq çoxlarının başına gələn adi bir haldır. Xoş olmasa da, əksər hallarda bunu düzəltmək mümkündür.

Lent.az xəbər verir ki, hamımız belə bir vəziyyətlə rastlaşmışıq: yeni paltar yumaq üçün paltaryuyan maşını açırsınız və içəridə nəm, bəzən də rütubət iyi verən, yuyulub qalmış paltarlar görürsünüz. İlk ağla gələn həll yolu onları yenidən yumaqdır. Amma paltarların nə qədər vaxt maşında qaldığından asılı olaraq, bəzən sadəcə qurudmaq kifayət edə bilər, bəzən isə mütləq yenidən yumaq lazımdır.

Bu halda düzgün qərar vermək üçün paltarların vəziyyətini düzgün qiymətləndirmək vacibdir. Clorox şirkətinin mütəxəssisi, “Laundry Doctor” kimi tanınan Meri Qalyardi bu mövzuda tövsiyələr verir.

Nəm paltarlar maşında nə qədər qala bilər?

Bu suala dəqiq saat və ya gün göstərərək cavab vermək mümkün deyil. Çünki bu, bir çox amildən asılıdır: paltarın nə dərəcədə çirkli olması, suyun temperaturu, istifadə edilən yuyucu vasitə, parça növü, paltaryuyan maşının modeli və onun nə qədər tez-tez təmizlənməsi.

Meri Qalyardinin sözlərinə görə, bu qədər fərqli amil olduğu üçün hər kəsə uyğun olan konkret bir vaxt demək real deyil. Buna görə də ən doğru üsul paltarları yuma prosesi bitən kimi maşından çıxarmaqdır. Paltaryuyan maşının səsli bildirişinin açıq olduğuna əmin olun. Telefonunuzda xatırlatma qura və ya paltarı yuma bitən kimi çıxarmağı gündəlik vərdişə çevirə bilərsiniz. Bu, paltarların uzun müddət nəm qalmasının qarşısını alar.

Hansı amillər paltarın vəziyyətinə təsir edir?

Ən vacib məqamlardan biri paltaryuyan maşının təmizliyidir. Ayda bir dəfə boş maşını xüsusi təmizləmə proqramında və ya ağardıcı ilə işlətmək tövsiyə olunur. Bu, maşının içində yığılan kir və bakteriyaları aradan qaldırır. Əks halda həmin bakteriyalar paltarlara keçərək pis qoxuya səbəb ola bilər. Bundan əlavə, istifadə etdiyiniz yuyucu vasitələr də rol oynayır. Dezinfeksiyaedici tərkibli yuyucular, rəngli paltarlar üçün uyğun ağardıcılar və xüsusi sanitarizatorlar paltarların nəm vəziyyətdə daha uzun müddət problemsiz qalmasına kömək edə bilər.

Paltar pis qoxu verirsə, nə etmək lazımdır?

Əgər paltarları maşından çıxaranda onlardan pis, kifə bənzər qoxu gəlmirsə, çox vaxt onları sadəcə yaxşı silkələyib quruducuya qoymaq və ya asmaq kifayətdir. Uzun müddət qatlanmış halda qalan paltarlar daha çox qırışır, buna görə də bəzən ütü və ya buxar da lazım ola bilər.

Paltardan rütubət və ya kif qoxusu gəlirsə, onu quruducuya qoymaq düzgün deyil. Bu halda paltar mütləq yenidən yuyulmalıdır. Mütəxəssislər sürətli yuma proqramından istifadə etməyi və yuyarkən paltar sanitarizatoru və ya dezinfeksiyaedici vasitə əlavə etməyi tövsiyə edirlər. Bu, nəm mühitdə çoxalmış bakteriyaları məhv edəcək.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri