Gecə qatarlarının da fərqli istiqamətdə təşkilinə ehtiyac var Ekspertdən TƏKLİF
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Gecə qatarlarının regionlar üzrə bərpasının tərəfdarıyam. Çünki bu, vətəndaşlar üçün çox rahatdır. Gecə yolda olub, səhər şəhərə çatıb, bütün işlərini görüb və eyni qatarla qayıtmaq çox rahatdır. Sabit qrafiklə hamı bilir ki, nə vaxt gedir və bütün gecəni yolda olaraq vaxtı da səmərəli istifadə etmək mümkündür. Qatar, xüsuslə gecə qatarları hal-hazırda Avropada renesans dövrünü yaşayır. Ona görə də əlimizdə olanları sürətlə təmin etməli və yeni sifarişlər də etməliyik. Gündüz elektrik qatarı ilə yanaşı, gecə qatarlarının fərqli istiqamətdə təşkili barəsində də düşünmək lazımdır".
Bu barədə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi.
O qeyd etdi ki, regionların Bakıya daxil olmadan birbaşa əlaqəsi təmin edilməsi istiqamətində düşünməyə dəyər:
"Bu günə qədər olan variantlarda bizim marşrutlarımız əsasən Bakı-regionlararası olub. Amma regionların Bakıya daxil olmadan birbaşa əlaqəsinin təmin edilməsini də düşünmək olar. Məsələn, Balakəndən Astaraya, Astaradan Böyük Kəsiyə, Yalamadan Balakənə və ya Yalamadan Böyük Kəsiyə, yaxud Yalamadan üzü Astaraya və həmçinin Horadiz, Ağbənd istiqamətinə də reyslər təşkil etmək olar. Ümumiyyətlə, Bakıdan birbaşa reyslərlə yanaşı, fərqli istiqamətləri əlaqələndirən birbaşa reyslərə də ehtiyac var", - deyə Rauf Ağamirzəyev bildirdi.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















