Icma.az
close
up
RU
Gecə satışa çıxan əlimyandı maşınlar

Gecə satışa çıxan əlimyandı maşınlar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda "cekpot", "əlimyandı", "şansı qaçırma" kimi çağırışlarla təqdim olunan avtomobillər alıcılara cazibədar görünür. Lakin bu cür maşınların arxasında gizlənən risklər çox vaxt alıcıların gözündən qaçır.

Əsasən bazar dəyərindən xeyli ucuz qiymətə satılan bu avtomobillər əksər hallarda texniki cəhətdən nasaz, sənədlərində problem olan, ya da hansısa səbəbdən əldən çıxarılmağa çalışılan nəqliyyat vasitələridir. Bəzi hallarda isə avtomobilin mühərrik nömrəsi silinmiş, şassi kodu dəyişdirilmiş vəziyyətdə olur. Bu cür nasazlıqlar ilk baxışda görünməsə də, bir neçə gün və ya hətta saat sonra ciddi problemlərə səbəb olur.

Avtomobil almaq səbr və diqqət tələb edən prosesdir. Tələskənliklə, gecə saatlarında, telefon işığında baxılıb alınan avtomobillər çox zaman sabahı gün alıcıya başağrısı olur. Ekspertlər bildirir ki, "tez al, uduzma" prinsipi ilə hərəkət edən alıcılar əslində çox şey itirə bilər. Çünki avtomobil alışı ancaq qiymətə görə deyil, texniki vəziyyətə əsaslanmalıdır.

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə şübhə doğurmalıdır. Ucuz qiymət alıcıya sevinc yox, problemlər, təmir xərcləri və hüquqi məsuliyyət gətirə bilər. Odur ki, avtomobil alarkən təkcə qiymətə deyil, arxa planda gizlənən risklərə də diqqət yetirmək vacibdir. Gecə alınan "cekpot" sabah həyatınızı alt-üst edə bilər.

Bəzi satıcılar avtomobili satmazdan əvvəl onu kosmetik olaraq cilalayır, yağını dəyişir, kiçik texniki nasazlıqları gizlədir və avtomobili bir neçə günlük "sağlam" kimi təqdim edirlər. Alıcı isə avtomobili bir neçə metr sürdükdən sonra hər şeyin qaydasında olduğunu zənn edir. Ancaq bir neçə gündən sonra mühərrikdə, sürətlər qutusunda və ya elektron sistemlərdə yaranan nasazlıqlar artıq alıcının boynuna düşür. Üstəlik, satıcı ilə əlaqə saxlamaq da çətinləşir, çünki bu cür satışların əksəriyyəti qeyri-rəsmi olur.

Unutmaq olmaz ki, ucuz avtomobil satmaq istəyən şəxs, adətən, ondan tez qurtulmağa çalışır. Əgər bir maşın real dəyərindən aşağı qiymətə təqdim olunursa, bunun ya texniki, ya da hüquqi problemi var. Tələskənliklə verilən qərarlar sonradan həm maliyyə, həm də hüquqi baxımdan böyük itkilərlə nəticələnə bilər. Avtomobil almaq bir gündə verilən qərar deyil - yoxlamaq, müqayisə etmək və düşünmək şərtdir. Çünki avtomobil almaq yox, problem almaq istəmirsinizsə, diqqətli olmaqdan başqa yolunuz yoxdur.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri