Icma.az
close
up
RU
Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu həftə planetin istənilən nöqtəsindən səmada nadir astronomik hadisəni müşahidə etmək mümkün olacaq və bu, görünüşünə görə gülümsəyən üzə bənzəyəcək.

Oxu.Az-ın Focus.ua-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri məlumat veriblər.

NASA astronomlarının bildirdiyinə görə, aprelin 25-də üçlü birləşmə kimi tanınan qeyri-adi və nadir astronomik hadisə baş verəcək ki, nəticədə Ay və Günəş sisteminin iki planeti gülümsəyən üzə bənzər bir görüntü əmələ gətirəcək. Bu astronomik gülümsəməni Günəşin doğmasından təxminən bir saat əvvəl Yer kürəsinin istənilən nöqtəsindən adi gözlə izləmək olacaq.

Astronomların sözlərinə görə, aydın səmada şərqə doğru baxdıqda, üfüqün yaxınlığında Ay, Venera və Saturnun üçlü birləşməsi görünəcək. Gecə səmasında iki astronomik obyekt bir-birinə yaxın peyda olduqda, birləşmə adlanır. Əgər üç astronomik obyekt eyni anda bu vəziyyətdədirsə, buna üçlü birləşmə deyilir.

Aprelin 25-də səhər Venera və Saturn bir-birinin yanında peyda olacaq, onların yanında isə Ay olacaq. Ay Günəş tərəfindən tam işıqlandırılmadığı üçün isə aypara (yarımay) kimi görünəcək. Yəni iki planet "gözlər"i, Ay isə kosmik "üzdə" "təbəssüm"ü əmələ gətirəcək.

Ehtimal edilir ki, Venera üfüqdən yuxarıda, Saturndan daha yüksəkdə, Ay isə hər iki planetdən daha aşağıda olacaq. Bu yolla da gülümsəyən üzə bənzəyən üçbucaq əmələ gələcək. Lakin Günəşin doğması ilə bu mənzərə yox olacaq.

Eyni zamanda, alimlər qeyd edirlər ki, Saturn və Venera səmanın Ayın olduğu hissəsində peyda olsa da, gülər üz kifayət qədər əyilmiş halda görünəcək. Bununla belə, iki planet eyni parlaqlıqda olmayacaq. Venera Yerə yaxın olduğu üçün parlaq işıq saçdığı halda, Saturn o qədər parlaq olmayacaq. Nəticədə bir az əyri "gülümsəyən üz" və tutqun "göz" görmək ehtimalı da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri