Icma.az
close
up
RU
Gecə yuxuları əslində nədən xəbər verir: neyrocərrahın fikri

Gecə yuxuları əslində nədən xəbər verir: neyrocərrahın fikri

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Vəhy kimi görünən yuxular olurmu və onlar nəyə işarə edir — neyrocərrah izah edir

Tribunainfo.az xəbər verir ki, İnsanın həyatının üçdə biri yuxuda keçir. Bu zaman beyin xarici aləmdən ayrılır, bədən dincəlir və daxili məkanda bəzən gerçəkdən də real görünən hekayələr canlanır.

Əsrlər boyu yuxular tanrıların, ruhların, demonların mesajı kimi qəbul edilib, gələcəklə bağlı işarə və ya peyğəmbərlik hesab olunub. Tanınmış neyrocərrah, “Neyrofitnes: beynin işini yaxşılaşdırmaq üçün neyrocərrah tövsiyələri” kitabının müəllifi doktor Rahul Candiqal isə yuxuları beynin mühüm aləti kimi qiymətləndirir. O, illərdir yuxu zamanı beyində nələrin baş verdiyini araşdırır və əmindir ki, yuxu təsadüfi “səs-küy” deyil, duyğuları tənzimləməyə, uyğunlaşmağa və özünü dərk etməyə kömək edən mexanizmdir.

Niyə yuxular bu qədər real görünür?
Rahul Candiqal izah edir ki, yuxular bizə güclü təsir göstərir, çünki onları real hadisə kimi yaşayırıq. Yuxuda hiss etdiyimiz sevinc, qorxu, həyəcan, qəzəb və ya xəcalət fizioloji olaraq ayıq vəziyyətdəki emosiyalarla demək olar ki, eynidir.

Əgər yuxuda qaçırsınızsa — beynin motor korteksi aktivləşir. Yəni elə, real həyatda qaçsaydınız, işləyəcək həmin sahə.
Əgər toxunuş hiss edirsinizsə — sensor korteks işə düşür, sanki bu toxunuş gerçəkdir.

Beyin “yuxu” və “gerçəklik” arasında emosional sərhəd qoymadığı üçün, parlaq yuxudan sonra insanın özünü “emosional sərxoşluq” kimi hiss etməsi təbiidir.

Kabuslar nədən xəbər verir və onlara necə nəzarət etmək olar?

Yetkin insanlarda kabuslar çox vaxt daxilindəki gərginlik və narahatlıq səviyyəsinin göstəricisi sayılır.

Ara-sıra yaşanan qorxulu yuxular normaldır.
Amma kabuslar tezləşir, çox aqressivləşir və ya insanı qorxu ilə yuxudan oyadırsa — bu, psixikanın öhdəsindən gələ bilmədiyi stres, travma və ya dərin narahatlığın siqnalı ola bilər.

Kabuslara müəyyən qədər nəzarət etmək mümkündür.
Psixoterapiyada istifadə olunan metodlardan biri “obrazların təkrarı” adlanır. İnsan ayıq vəziyyətdə kabusunun daha təhlükəsiz, sakit və ya müsbət variantını xırdalıqlarına qədər təsəvvür edir, bəzən yazır və dəfələrlə oxuyur. Beyin tədricən köhnə qorxulu ssenarini yenisi ilə əvəz etməyi “öyrənir”.

Şüurlu yuxu — insanın yuxuda olduğunu dərk etdiyi çox parlaq bir vəziyyətdir. Bu, yuxu və oyanıqlıq hallarının kəsişdiyi maraqlı bir “hibrid vəziyyət”dir və sərhədin həmişə qəti olmadığını göstərir.

Klassik yuxu süjetləri nəyi gizlində deyir?
Candiqal hesab edir ki, yuxular özümüzü daha dərindən anlamağa kömək edir. Onlara diqqət yetirmək bəzən həyatla bağlı vacib içgörülərə aparır.

 İmtahandan kəsilmək
Bu yuxu çox vaxt narahatlıq və “bacarmayacağam” hissi ilə bağlı olur. Eyni mexanizm təyyarəyə gecikmək, qatarı qaçırmaq və s. kimi yuxularda da işləyir.

 Kimsə tərəfindən təqib olunmaq
Qaçmaq və ya kimdənsə gizlənmək kimi yuxular universaldır. Onlar həyatınızda qaçdığınız mövzunun mövcudluğuna işarə edir: konflikt, borc, qorxu, çətin söhbət və ya təxirə salınmış qərar.
Əgər bu yuxular travma ilə bağlı təkrarlanırsa — peşəkar dəstək lazım ola bilər.

 Partnyora xəyanət
Erotik və xəyanət mövzulu yuxular çox yaygındır.
Bu yuxular real münasibətlərdə problem demək deyil.
O, real insanla bağlı arzu deyil — beynin obrazları qarışdırmasıdır.

 Keçmişdəki sevilən insanla görüş
Belə yuxular çox güclü emosiyalar yaradır: sevinc, hüzün, həsrət, qəzəb.
Adətən bu yuxu həmin insan və ya həyat dövrü ilə bağlı gizli, işlənməmiş duyğulara işarə edir.

 Uşaq haqqında yuxu
Hamiləlik zamanı çox yaygındır, amma bir dönüş nöqtəsi, yeni layihə və ya şəxsi həyatda dəyişiklik ərəfəsində də görünə bilər.
Bəzən bu “yeni özünüzün doğulmasının” metaforasıdır.

 Ölüm, ölən insanlar və həyatın sonu
Əzizləri itirən və ya həyati təhlükəli xəstəliklə üzləşən insanlarda daha çox görülür.
Bu yuxular bəzən bir növ görüş, barışıq və ya vida imkanı kimi qəbul olunur və insanın daxili dünyasında rahatlıq yarada bilər.

Yuxular beynimizə nə üçün lazımdır?
Candiqal yuxuları “beynin yüksək intensivlikli təlimi” adlandırır.
Yuxuda bədən sakit olsa da, beyin aktiv qalır.

Yuxular:

emosiyaların təhlükəsiz şəkildə işlənməsinə kömək edir,
beynin elastikliyini və adaptasiya qabiliyyətini artırır,
təcrübəni emal etməyə şərait yaradır,
neyron əlaqələrin plastiklik səviyyəsini qoruyur.

Hamı yuxu görürmü və niyə onları unuduruq?
Demək olar ki, hamı yuxu görür — sadəcə hər kəs xatırlamır.
Beyin yuxuların çoxunu qəsdən silir.
Bu, yuxu düşüncələri ilə gerçək düşüncələr arasında qarışıqlığın qarşısını almaq üçündür.

Bəzən emosional yuxular xatırlanır, amma ümumi olaraq yuxuları unutmaq beynin bizi iki fərqli “dünyanı” bir-birinə qarışdırmaqdan qorumasıdır.

Rahul Candiqalın fikrincə, yuxular hazır cavablar və konkret proqnozlar vermir.
Amma onlara diqqətlə yanaşsaq, yuxular psixikamızın bizə göndərdiyi yumşaq işarələrdir. Onlar bizə:

nədən qorxduğumuzu,
nə istədiyimizi,
özümüzlə və digərləri ilə nə barədə danışmalı olduğumuzu
anlamağa kömək edə bilər.

İmran Kərimli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Noyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri