Gecənin nəticələri UEFA sıralamasına təsir etdi Azərbaycan neçəncidir?
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün pley-off mərhələsinə yekun vurulduqdan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Avropa Liqası və Konfrans Liqasında təmsilçimiz olmasa da, gecənin nəticələri Azərbaycanın mövqeyinə təsir etməyib.
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı uğuru sayəsində ölkəmizin yaxşılaşan mövqeyi dəyişməz qalıb. Cari mövsümkü qazancımız 3,875-ə, son 5 ildəki göstəricimiz isə 21.000-ə bərabərdir. Azərbaycan UEFA reytinqindəki sıralamada 26-cıdır. Əsas izləyicimiz Sloveniyanın əmsalı 20.718-ə bərabərdir. Üst sıradakı qonşumuz - 25-ci yerdə olan Slovakiyanın isə 21.375 əmsalı var.
Qeyd edək ki, cari mövsümkü 3.875 xalın 2.750-si "Qarabağ"ın, 0.625-i "Sabah"ın, 0.375-i "Araz-Naxçıvan"ın, 0.125-i isə "Zirə"nin payına düşür.
Qeyd edək ki, UEFA reytinqinə 95.005 əmsalla İngiltərə liderlik edir.
Baxış sayı:101
Bu xəbər 29 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















