Icma.az
close
up
RU
Gecikmiş üzrxahlıq və ya Xəzərdə batan “quş” söhbəti

Gecikmiş üzrxahlıq və ya Xəzərdə batan “quş” söhbəti

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əli CABBAROV

***

Bu günlərdə bütün Azərbaycanı yasa boğan və insanları dərindən kədərləndirən məlum təyyarə qəzasından sonra bütün diqqətlər, şübhəsiz, hadisənin səbəblərinin tapılması və obyektiv qiymətləndirilməsi üçün aparılan işlərə yönəlmişdi.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında qarşılaşacağı ən qorxulu hadisə, əslində, hələ on il əvvəl ruspərəst separatçıların Donbas üzərində vurduğu Malayziya təyyarəsinin aqibəti ilə eyni olub bu ölkənin torpaq maraqları üzərində qonşularına, hətta eyni slavyan kökündən olan qardaşı Ukrayna xalqına da qarşı başlatdığı uzun çəkən işğalçı müharibə ssenarsinin bir hissəsi idi. Təəssüf ki, bu müharibə 10 ildən sonra sərhədlərimizdən uzaqda da olsa, birbaşa Azərbaycana da çatdı və rus hərbi maşınının Qroznı səmalarında vurduğu AZAL təyyarəsinin günahsız qurbanlarının ölüm yolçuluğu hər kəsin ürəyində dərin izlər qoydu.

Sürətli və komfortlu hava nəqliyyatı statistikaya görə həm də ən təhlükəsiz hesab olunur, zira müasir texnologiya bu sahədəki riskləri minimuma endirmişdir. Ancaq ola biləcək hadisələrə görə aviadaşıyıcıların və ya hadisə baş verən ölkənin rəsmilərinin işə operativ münasibəti burada insanları rahatladan mühüm şərt olub, dünya ictimaiyyətinin nəzərində də müvafiq reaksiya doğurur.

Uzağa getməsək, yaxın illərdə elə 44 günlük Vətən müharibəsinin son günündə Sədərəkdə – Ermənistanla sərhəddə düşürülən rus helikopterinə görə dövlət başçımız məsələyə operativ müdaxilə edərək səbəblərin üzə çıxarılması üçün müvafiq tapşırıqlar vermişdi. Buna bənzər təyyarə qəzaları zamanı analoji addımları görsək də, bu dəfə Rusiya tərəfinin qəzanın ilk saatlarından ortaya atmış olduğu cəfəng iddialar müharibə gedən bu ölkədəki ümumi vəziyyətin nə qədər xaotik olduğunu, hərb gücünə idarə olunan 17 milyon kvadratkilometrlik böyük bir federasiyanın quru məkanı kimi, hava məkanının da təhlükələrlə dolu olduğunu göstərdi. Elə səhvən də olsa, Qroznı üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş AZAL təyyarəsinin guya quş sürüsü ilə toqquşması, yaxud salonda qaz balonu partlaması kimi cəfəng iddialar ortaya atan Rusiya rəsmilərinin son hərəkətləri də bunu sübut edirdi. Lakin, 38 nəfərin həyatına son qoymuş bu faciənin ilk dəqiqələrindən dövlət başçımızın rəsmi proqramını ləğv edib Vətənə qayıtması, hava limanındaca operativ müşavirə keçirib, müvafiq tapşırıqlar verməsi, həmçinin, Qazaxıstanın dövlət rəhbərlərinin və xilasedicilərinin operativ qardaş köməyi qəzadan sağ qalanların həyatının xilas edilməsinə və səbəblərin aydınlaşdırılmasına imkan yaratdı ki, bu da vicdansız rus məmurlarının ört-basdır məqsədli “quş” söhbətini birdəfəlik Xəzərə batırdı.

Bununla yanaşı dövlət başçımızın dünən AZTV-yə verdiyi müsahibəsində də qeyd olunduğu kimi, hələ qəzaya uğramış təyyarənin “qara qutu”larındakı informasiyanın öyrənilməsinədək əldə olan müşahidələr, foto və videofaktlar, həmçinin sağ qalanların ifadələri onu qəti şəkildə deməyə əsas verir ki, bu adi bir qəza deyildir və Rusiya tərəfi təkcə rəsmi üzrxahlıq etməklə deyil, həm də təzminatla da cavab verməli, günahını  və öz  hava məkanının da etibarsızlığını etiraf etməlidir.

Şübhəsiz, bunu zaman göstərəcək və hər gün özünün ambisiyaları üzündən girdiyi mənasız müharibədə minlərlə insanın ölümünə səbəb olan şimal qonşumuz üçün bu faciəli hadisənin də bir dərs olacağını düşünmək, açığı çox çətindir. Ancaq həqiqət odur ki, bu dəhşətli təyyarə qəzası bütün Azərbaycan cəmiyyətini yenidən bir yumruq kimi birləşdirməklə ölkəmizdə xalq-dövlət birliyini yenidən dünyaya nümayiş etdirdi. Dövlət başçımızın Sərəncamı ilə 26 dekabr ölkəmizdə matəm günü elan olundu və bütün xalqımız həlak olan qəhrəman ekipaj üzvlərinin şücaətindən fəxrlə bəhs edib onların və həyatını itirmiş sərnişinlərin yasını tutdu, həlak olanlarla rəsmi vida  mərasimi  keçirildi. Və dünən dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi və xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi yanan ürəklərə su səpməklə bir daha Azərbaycanın sahibsiz olmadığını, harada nə zaman olsa da, dövlətimizin kimliyindən və milliyyətindən asılı olmayaraq hər bir azərbaycanlının yanında olduğunu nümayiş etdirdi.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri