Icma.az
close
up
RU
Gədəbəydə 34 il son üstü açılan dəhşətli cinayətin DETALLARI

Gədəbəydə 34 il son üstü açılan dəhşətli cinayətin DETALLARI

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Baş Prokurorluq Gədəbəy rayonunda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti ilə bağlı məlumat yayıb.
Qurumdan Avtosfer.az-a verilən məlumatda bildirilir ki, cinayətin üstü Gədəbəy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.
Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, "Bəkdəmir yalı" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Şahbaz Abuzər oğlu Məmmədovun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy Rayon Prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.
Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən "Bəkdəmir yalı" adlanan əraziyə aparıb.
P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri