Icma.az
close
up
RU
“Gedirəm, sponsor gəlir” Ayxan Abbasov

“Gedirəm, sponsor gəlir” Ayxan Abbasov

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ı təbrik edirəm onlara Çempionlar Liqasında uğurlar. Azarkeşlərimiz təşəkkür edirəm. Məğlubiyyətlər olsa da, bizi dəstəklədilər. Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik. Bu il çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənclər qazandıq. Davam etməliyik. Pillə-pillə inkişaf istəyiriksə, belə mübarizələr vacibdir.

– Büdcə azalacaq. Rəhbərliklə danışığınız olub?

– Bilirik. Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən az büdcə bizdə idi. Böyük büdcəsi olan klublar da çətinlik olacağını deyir. Görün indi bizimçün necə olacaq. Rəhbərliklə böyük fikir mübadiləsi aparırıq. Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burda tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram. Bir yol çəkmişik və bununla getməliyik. Rəhbərlik də fədakarlıq etməyə çalışır. Gələn mövsüm burdayıq. İşlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular istəyirik. Seleksiyaya başlamışıq.

– U-21-in heyəti açıqlandı. 16 yaşlı Amin Rzayevə də dəvət göndərdiz. Onun haqda fikirləriniz nədir?

– Geniş siyahıdır. Təəssüf ki, 4-5 futbolçu var idi, çağıra bilmədim. Onları da görmək istəyirəm. Həmin mövqedə oyunçular çox olduğu üçün çətinlik çəkirəm. Bacarıqlı uşaqları çalışacağı ki, U-21-ə tez qoşaq və qısa zamanda da əsas yığmaya düşsün. Ötən toplanışda da 2007 təvəllüdlü uşaqlar var idi. Bu dəfə də 2009 oldu. Bu, digər gənclərə də ismarıcdır. Onlar da izlənilir. 30 nəfərlik heyətdir və hər kəsin oynamaq şansı var. Mayın 30-da əsas yığma ilə oyunumuz olacaq.

– Bu mövsüm Edqar ən potensiallı uşaqlardan oldu. Onun əsas yığmaya çağırılmaması nə ilə bağlıdır?

– Qərarı millinin baş məşqçisi verir. Onunla söhbətlərimiz olur. Gənclər də onun nəzarətindədir. Milliyə gedib oynamamaq da bir şey deyil. Edqarın U-19 millisinə çağırılmasının üstündən 2-3 il keçib. Oyunçu beynəlxalq matçlarda oynasa, daha çox inkişaf edər. Edqar da Santuşun nəzarətindədir.

– Yığmaya çağırmadığımız oyunçular arasında “Mingəçevir”dən Nahid Əliyev var idi?

– Bəli.

– Bu gün heyətdə az legioneri olması nə ilə bağlıdır?

– Andrey, Rikardo, Alfons, Vladislav bizimlədir. Digərləri ilə yolları ayırmışıq. Leroy Mikels də getmək istədi. Bu gün iki legioner və gənclər yaxşı mübarizə apardı. Gələn mövsüm üçün indilik 4 legionerimiz var.

– Kamran İsmayılov bildirib ki, büdcə azalmasından öncə Ayxan Abbasovla razılaşmışdıq. Bunu əvvəldən bilsəydiz, fərqli qərar olardı?

– Bu gün şükürlər olsun, maliyyə problemi yaşanmır. Yəni, maaşlar, mükafatlar vaxtında olur. Ümid edirəm ki, sponsor gələr. Hara gedirəm, sponsor gəlir. Amma sonra mən gedirəm (gülür). Təki sponsor gəlsin, gedə bilərəm.

– Gənclər üçün müraciət etdiyiniz klublardan razılıq cavabı gəlir?

– “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürdük. Bu mövsüm bizimlə olan Rauf Rüstəmli müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdacaq. Burda həm biz, həm onlar qazandı. Cəlal Hüseynov da buea gələndə yaxşı formada deyildi, ancaq indi əsas yığmaya çağırıldı. 12-13 futbolçu üçün müraciət etmişik, yalnız “Qəbələ”dən müsbət cavab almışıq.

– Növbəti mövsümdə legioner limiti ləğv olunacaq. Yığmanın heyətini qurmaq üçün sizə nə dərəcə çətinlik ola bilər?

– Gənclərə şans verəcəyik. Bu gün “Sumqayıt”a təşəkkür edirəm. Milliyə çağırdığım oyunçuları əsas heyətdə oynadılar. Gənclər arasında rəqabət olacaq. Uşaqları izləyir, məlumatlar alırıq. İnanıram ki, yeni mövsümdə də uşaqlar olacaq. Azından bizdə 5-6-sı oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 May 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri