Icma.az
close
up
RU
Gəl qızını apar, mənə xəyanət edib : Ata gəlmədi, övladı öldürüldü

Gəl qızını apar, mənə xəyanət edib : Ata gəlmədi, övladı öldürüldü

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləsuvar rayonunda 1999-cu il təvəllüdlü Emin qısqanclıq zəminində həyat yoldaşı Ləmanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Emin arvadı Ləmanın başqasıyla sevgi münasibətində olmasını aşkar edib, bu halı şəxsi və ailə ləyaqətinə toxunan hərəkət kimi qiymətləndirib. O, Ləmanı öldürmək qərarına gəlib. 26 mart 2024-cü ildə saat 14 radələrində Biləsuvar rayonunun kəndində tikintisi tamamlanmamış fərdi yaşayış evində quraşdırılmış təzə qapılara baxmaq və təmizlik işləri görmək adı ilə həmin tikiliyə dəvət edib. Daha sonra paltarını dəyişməyi bəhanə edib, giriş qapısının üzərində saxladığı bıçağı götürərək belində gizlədib. Qonaq otağında pəncərəyə baxan Ləmanın kürəyinə zərbələr endirib. Bıçağın tiyəsinin Ləmanın kürək nahiyəsinə qırılaraq qaldığını və onun qaçmaq istədiyini görüb. Arvadını yerə yıxaraq bıçağın qırılmış dəstəyi ilə başına, üzünə nizamsız zərbələr endirib.

Sonra döşəmədən taxta parçasını götürərək qadının üzünə və başına zərbələr vurub. Bununla da kifayətlənməyib, Ləmanın müqavimətini tam qırmaqdan ötrü döşəmədən metal çubuğu götürüb və onun döş qəfəsinə zərbə endirib. Ləman aldığı zərbələr nəticəsində ölüb. “Gecə Ləmanın telefonuna baxdım” İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, martın 18-də Novruz bayramını keçirmək məqsədilə Bakı şəhərindən Biləsuvar rayonuna gedib: “Mən evə çatanda ailə üzvlərimin hamısı yatmışdı. Həyat yoldaşım Ləmanın telefonuna baxdım, başqa şəxslə yazışmasını gördüm. Onu oyatdım, səsimizə evdəkilər də oyandılar. Valideynlərim mənə hər şeyi qanun çərçivəsində həll etməyi məsləhət gördülər. Mən Ləmanın atası Musaya zəng etdim, qızının mənə xəyanət etdiyini söylədim, gəlib onu aparmasını istədim Musa gəlmədiyinə görə Ləmanı atası evinə özüm apardım”.

“Sübut kimi lazım olacağını düşündüm” Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanın ögey anasına və bibisinə onun başqası ilə yazışmalarını göstərib, arvadının onu biabır etdiyini bildirib: “Sübut kimi lazım olacağını düşünüb, həmin anların videoçəkilişini də apardım. Həmin vaxt Ləmanı öldürmək istəsəm də, uşaqlarıma görə fikrimdən daşındım. Ləmanı boşanmağa razı salmaq üçün yeni tikdirdiyim evə apardım. O mənə boşandığımız təqdirdə uşaqların özündə qalacağını bildirdi. Bundan əlavə məni təhqir etdi, bundan da pis hərəkətlər edəcəyini dedi. Gözüm bıçağa sataşdı, onu bıçaqla vurdum. Zərbə vurduqda bıçaq sınaraq Ləmanın bədənində qaldı.

Bundan sonra onu öldürmək haqqında fikirləşdim. Onu xüsusi amansızlıqla öldürmək niyyətim olmayıb. Öldüyünə əmin olmaq üçün çoxsaylı zərbələr vurmuşam, axırda boğazından asmışam. Sonra polis şöbəsinə gedərək könüllü təslim olmuşam”.

“Tez ölməsi üçün harasına gəldi, zərbələr vurdum” Təqsirləndirilən şəxs bildirib ki, Ləmanı atasıgilin evində boşanmağa razı sala bilmədiyi üçün tikdirdikləri evə onu razı salmaq məqsədilə aparıb:

“Ləman məni təhqir etdiyi üçün əlimə nə keçsə onunla vurmağa başladım. Çoxsaylı xəsarətlər yetirməkdə məqsədim onu susdurmaq idi. Ləmanı evə apararkən onu öldürmək niyyətim yox idi. Ləman uşaqları və evi məndən alacağını bildirdi. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Tez ölməsinə nail olmaq üçün harasına gəldi, zərbələr vurdum”. “Dedi ki, anamdan üzr istəməlidir” İş üzrə zərərçəkmiş Ləmanın hüquqi varisi qismində çıxış edən atası Musanın sözlərinə görə, martın 18-də qızının əri Emin ona zəng edib və qızının telefonla kiminləsə danışdığını bildirib:

“Bir müddət sonra Emin özü Ləmanı evə gətirdi. Martın 20-də Emin özü də bizə gəldi, ayın 25-nə qədər gəlib-getdi. Mənə dedi ki, Ləman onun anasından üzr istəməlidir. Ləman üzr istəməyə gedəndə onu evdən qovdular. Martın 26-da mənə zəng gəldi və dedilər ki, Emin Ləmanı öldürüb. Bundan sonra hadisə baş verən yerə getdim və polis əməkdaşlarının orada olduğunu gördüm”.

Musa bildirib ki, Eminlə qızı 2019-cu ildən evli olublar: “Eminin qızımı öldürə biləcəyindən şübhələnməmişəm. O bizə əvvəl boşanmaq istədiyini, sonra isə Ləman onun anasından üzr istəsə barışacağını dedi. Emin Ləmanı Aqil adlı şəxslə əlaqə saxlamasına görə öldürdüyünü dedi. Mən həmin şəxsi tanımıram. Qızımın ikinci nömrəsi olmayıb”. “Münasibətlərimiz olmayıb” Cinayət işi üzrə Ləmanın sevgi münasibətində olduğu Aqilin də ifadəsi alınıb. O, ifadəsində göstərib ki, Ləmanı real tanımayıb:

“Onunla “Tik tok” sosial şəbəkəsində tanış olduq. Başqa münasibətlərimiz olmayıb. Həmin vaxtlar hüquq-mühafizə orqanlarında işləyirdim. Kənddə Ləmanla görüşməmişik. Telefonundakı nömrə mənim adıma idi”. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 17 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib.

Müdafiəçi təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökmün ləğv edilməsini, onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. O, qızının qatilinə ömürlük cəza təyin olunmasını istəyib. Hər iki şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayətlərin heç biri təmin olunmayıb. (teleqraf)

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri