Gələcək milyonçular: Bu 4 tarixdə doğulan insanlar varlanmağa məhkumdur
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Numeroloqlar və astroloqlar hesab edirlər ki, müəyyən tarixlərdə doğulan insanlar varlanmağa meyllidir. Bu tarixlərin enerjisinin maliyyə uğuru ilə əlaqəli olduğu və maddi sabitlik yaratmağa kömək etdiyi bildirilir. Belə insanlar müxtəlif yollarla pul qazana bilsələr də, onların istedadı, güclü tərəfləri və özünəinamı maliyyə rifahını təmin edir.
Demokrat.az xəbər verir ki, bu barədə “Parade” nəşri yazır.
4-də doğulanlar: yavaş, amma sabit
Numerologiyaya görə 4 rəqəmi çalışqanlıq və məqsədyönlülüyü simvolizə edir. Bu tarixdə doğulan insanlar praktik düşüncəli olur və istədiklərinə çatmaq üçün nə qədər əmək lazım olduğunu yaxşı anlayırlar. Onlar rahat yolun olmadığını qəbul edirlər və məqsədləri üçün uzun müddət çalışmaqdan çəkinmirlər. Çoxları bu çətinliyə görə geri çəkilsə də, 4-də doğulanlar davamlılıq sayəsində maliyyə sabitliyinə çatmağa meyllidir.
8-də doğulanlar: bolluq üçün yaradılanlar
8 rəqəmi güc, sərvət və uğurla əlaqələndirilir. Bu tarixdə doğulan insanlar təbii olaraq maliyyə imkanlarına yaxın hesab olunur. Lakin ekspertlər bildirirlər ki, bu sərvəti qorumaq üçün məsuliyyətli və diqqətli maliyyə davranışı vacibdir. Həmçinin səxavət və düzgün istifadə uzunmüddətli uğuru möhkəmləndirə bilər.
17-də doğulanlar: intuitiv və mənəvi rəhbərlik
17 rəqəmi 1, 7 və 8 enerjilərinin birləşməsi kimi izah olunur. Bu kombinasiya müstəqillik, müdriklik və gücü təmsil edir. Bu tarixdə doğulanların maliyyə uğuruna daha çox öz gücləri və daxili intuisiyası ilə çatdığı bildirilir. Onların tək işləməyə meylli olduğu və daxili səsinə güvəndiyi qeyd olunur.
26-da doğulanlar: birlikdə daha varlı
26-da doğulanlar üçün maliyyə uğurunun əsasən əməkdaşlıq və münasibətlərdən keçdiyi iddia olunur. 2 rəqəmi şəxsi əlaqələri, 6 isə cəmiyyət və komanda ruhunu ifadə edir. Bu səbəbdən bu tarixdə doğulanların ortaq layihələr və tərəfdaşlıqlar vasitəsilə daha çox qazanc əldə edə biləcəyi bildirilir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu 4 tarixdə doğulan insanlar zəngin olurlar
16 Avqust 2025 18:47
Bu 4 tarixdə doğulan insanlar ilahi qüvvələrin himayəsində olurlar
21 İyul 2025 13:01
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
04 İyul 2025 19:48
Bu 4 tarixdə doğulan insanlar xüsusi enerjiyə sahib olur
12 Noyabr 2026 13:52
Baxış sayı:164
Bu xəbər 08 May 2026 10:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları