Icma.az
close
up
RU
Gələcək nəsillər artan iqlim riskləri ilə qarşı qarşıyadır

Gələcək nəsillər artan iqlim riskləri ilə qarşı qarşıyadır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 may, AZƏRTAC

Son illərdə aparılan iqlim araşdırmaları göstərir ki, gənc və gələcək nəsillər əvvəlki dövrlərlə müqayisədə daha ciddi və tez-tez baş verən ekstremal hava hadisələrinə məruz qalacaqlar. Təhlillər təsdiq edir ki, əgər qlobal istiləşmə tendensiyası davam edərsə, bu nəsillər normalda hər 10 min ildə bir dəfə baş verən ekstremal hadisələrlə öz həyatları boyu dəfələrlə qarşılaşa bilərlər.

AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, ilin əvvəlində yayımlanan məlumatlara əsasən, son on il iqlim müşahidələrinin aparıldığı son iki əsrlik dövr ərzində qeydə alınmış ən isti onilliklərdən biri kimi təsdiqlənib. Bu, antropogen (insan fəaliyyəti nəticəsində yaranan) iqlim dəyişikliyinin təsirini bir daha sübut edir. Belə dəyişiklər yalnız ekstremal hava hadisələrinin intensivliyini və tezliyini artırmaqla kifayətlənmir, həm də onların başvermə vaxtında və məkanında ciddi dəyişikliklərə səbəb olur.

Məsələn, son illərdə Sibirdə genişmiqyaslı meşə yanğınları, Liviyada isə dağıdıcı daşqınlar baş verib. Halbuki bu cür hadisələr həmin bölgələr üçün tarixi baxımdan nadir sayılırdı. Ekstremal hava hadisələrinin başvermə vaxtı da dəyişir: onlar artıq il ərzində daha erkən, daha gec və ya daha tez-tez meydana çıxır, müddətləri uzanır, həmçinin mövsümi qanunauyğunluqları pozur. Bu isə qasırğa və digər hadisələrin ənənəvi olmayan mövsümlərdə baş verməsinə yol açır.

Beləliklə, əvvəllər görünməmiş və ya son dərəcə nadir hesab edilən hava hadisələri artıq müasir iqlim reallığının ayrılmaz hissəsinə çevrilib. Bu vəziyyətin gələcək nəsillər üçün yaratdığı risklər isə iqlim siyasətinin və adaptasiya tədbirlərinin vacibliyini bir daha gündəliyə gətirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri