Icma.az
close
up
RU
Gələcək üçün BMT paktının uğuru onun icrasından asılıdır Qay Rayder

Gələcək üçün BMT paktının uğuru onun icrasından asılıdır Qay Rayder

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələcək üçün BMT paktı ilə bağlı razılığın əldə edilməsi özlüyündə indiki geosiyasi şəraitdə mühüm uğur idi, lakin onun tam həyata keçirilməsi ilə real nəticələr əldə olunacaq.

Trend xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasına videomüraciətində BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder deyib.

"Biz irəli getməliyik və bütün səviyyələrdə açılmış imkanlardan istifadə etməliyik. Pakt 21-ci əsrdə qlobal idarəçiliyi gücləndirmək məqsədi daşıyır ki, beynəlxalq institutlar dəyişmiş dünyada səmərəli fəaliyyət göstərə bilsinlər. O, 1963-cü ildən bəri ilk dəfə olaraq Afrikaya qarşı tarixi ədalətsizliklərin düzəldilməsi prinsipini təsbit edən BMT Təhlükəsizlik Şurasının islahatı və Şuranın daha təmsilçi olması zərurəti kimi mühüm müddəaları ehtiva edir", - o bildirib.

Onun sözlərinə görə, sənəddə inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla qlobal maliyyə arxitekturasına dəyişikliklər də nəzərdə tutulub. Buraya qabaqcıl texnologiyalara, o cümlədən süni intellektə ədalətli çıxışı təmin edəcək qlobal rəqəmsal pakt daxildir və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələri rəqəmsal sahənin tənzimlənməsi prosesinə cəlb edir. Pakt həmçinin ilk dəfə olaraq dövlətlərin gələcək nəsillər üçün qəbul edilən qərarların uzunmüddətli nəticələrini nəzərə almaq öhdəliklərini müəyyən edir.

"BMT-nin Baş Katibi üzv dövlətlərdən əsas beynəlxalq proseslər vasitəsilə islahatları irəlilətmək üçün paktın yaratdığı impuls üzərində dayanmağa davam edəcəklərini gözləyir. Xüsusilə, 2025-ci ilin iyununda İspaniyada baş tutacaq İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Konfrans beynəlxalq maliyyə sisteminin modernləşdirilməsi üçün imkanlar yaradacaq. 2025-ci ilin noyabrında Qətərdə keçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti regional təşəbbüslərin müzakirəsi üçün mühüm platforma olacaq. Bundan əlavə, pakt beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquqlarının və davamlı inkişafın qorunması üçün BMT ilə Afrika İttifaqı, Avropa İttifaqı və digər regional təşkilatlar arasında əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur", - o bildirib.

Qay Rayder qeyd edib ki, paktın uğurla həyata keçirilməsi üçün geniş spektrli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, özəl sektor, yerli hakimiyyət orqanları, milli parlamentlər, elmi ictimaiyyət və başqalarının iştirakı lazımdır.

"Mən sizi paktdakı öhdəlikləri araşdırmağa, ölkəniz üçün ən uyğun olanları müəyyənləşdirməyə və onların real fərq yaratmaq üçün tərəfdaşlıq qurmağa dəvət edirəm", - o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri