Icma.az
close
up
RU
Gələcəkdə Azərbaycanda heç kim ev ala bilməyəcək Səbəblər açıqlandı

Gələcəkdə Azərbaycanda heç kim ev ala bilməyəcək Səbəblər açıqlandı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Mərkəzi Bankın yeni hesablamalarına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir.

Ölkəmizdə mənzillərin qiymətinin yüksək olmasının səbəbi nədir? Hansı problemlər orta və aşağı gəlirli təbəqənin mənzil sahibi olmasını çətinləşdirir?

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlamasında iqtisadçı Razi Abasbəyli bildirib ki, Azərbaycanda orta aylıq gəlir Gürcüstan və Ermənistandan aşağı, mənzil qiymətləri isə daha bahadır.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistanda vətəndaşların gəlirləri yüksək, lakin daşınmaz əmlakın 1 kvadratmetri Azərbaycana nisbətən 20-40 faiz ucuzdur.

İqtisadçı ölkəmizdə mənzil qiymətlərinin baha olmasının bir neçə səbəbini sadaladı:

"İnvestisiya məqsədli alışlar: Azərbaycanda, xüsusən Bakıda mənzillər çox zaman yaşamaq üçün deyil, investisiya məqsədilə alınır. Həmin mənzillər hətta çox vaxt boş qalır. Bu da bazarda süni qıtlıq yaradır və qiymətlərin bahalaşmasına səbəb olur.

İnhisar və qeyri-şəffaflıq: Tikinti sahəsində inhisarçılıq, torpaq və material bazarındakı nəzarətsizlik, rəqabətsiz mühit qiymətləri artırır. Eyni zamanda güzəştli mənzil layihələrinin satışı zamanı pozuntular və şəffaflığın olmaması da ciddi problemdir.

İmmiqrantların rolu: Azərbaycanın mənzil bazarında immiqrantlar da rol oynayır. Xaricdən gələn pul vəsaitləri ilə Azərbaycanda, xüsusilə Bakıda əmlak alınması da bazarda süni qiymət artımına səbəb olur.

Söküntü işlərinin təsiri: Bakıda mərkəzi ərazilərdə aparılan söküntülər nəticəsində sakinlər ətraf qəsəbələrdə mənzil axtarırlar. Bu da əlavə tələbat yaradır və qiymətlərin yüksək qalmasına səbəb olur".

Razi Abasbəyli onu da qeyd etdi ki, Azərbaycanda mənzil bazarında sosial layihələrin çatışmazlığı mövcuddur:

"Ölkəmizdə aztəminatlı şəxslərin də mənzil ala bilməsi üçün sosial ipoteka və güzəştli mənzil proqramlarının şəffaf və genişmiqyaslı tətbiqinə ehtiyac var. Hazırda bu güzəştli proqramlarda kütləvi qanun pozuntuları baş verir. Bu sahədə cinayət işləri də açılıb, lakin problemin tam aradan qalxdığı görünmür.

Gələcək proqnozlardan danışsaq, Qarabağda məskunlaşma davam etdikcə və Bakıya axın azaldıqca uzunmüddətli dövrdə mənzil bazarında qiymət sabitləşə bilər. Lakin yaxın bir neçə ildə Bakıda mənzil qiymətlərində ucuzlaşma gözlənilmir".

Əmlak eksperti Ramil Osmanlı isə bildirdi ki, Azərbaycanda mənzil bazarındakı qiymətlərlə orta aylıq əməkhaqqı bir-biri ilə ekvivalent təşkil etmir:

"Hazırda Bakıda orta mənzil qiyməti Tbilisi və İrəvanla müqayisədə təxminən 30-40 faiz bahadır. Bahalığın səbəblərindən biri investisiya mühitindəki məhdudiyyətlərdir. Azərbaycanda tikinti sahəsində tətbiq olunan qanunvericilik və inzibati tədbirlər, sıxlıq əmsalları, şəhər zonalaşması prinsiplərinə sərt əməl olunması və tikinti şirkətlərinin əsasən şəhərin mərkəzinə yönəlməsi qiymətlərə təsir edir. Həmçinin, Bakının mərkəzində alternativ torpaq resurslarının azlığı, bu sahələrin dəyərini daha da artırır və nəticədə bu xərclər mənzil qiymətlərinə təsir edir.

Qiymət artımlarının digər səbəblərindən biri də tikinti sektorunun uzunmüddətli investisiya tələb etməsidir. Yəni bu sahəyə yatırılan vəsaitin qısa müddətdə geri qayıtma ehtimalı aşağıdır. Eyni zamanda, milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi, tikinti materialları bazarında qiymət artımı və digər iqtisadi risklər sahibkarları daha sərt qiymət siyasətinə sövq edir.

Bu səbəbdən, tikinti şirkətləri “baha satım, amma risksiz satım” yanaşmasına üstünlük verirlər. Bu da nəticə etibarilə mənzil satışlarını azaldır və əhalinin, xüsusilə də orta və aşağı gəlirli təbəqənin mənzil sahibi olmasını çətinləşdirir. Kirayə bazarına olan tələbin artması da bu səbəblə bağlıdır. Yekun olaraq, Azərbaycanda mənzil bazarındakı qiymət artımının başlıca səbəbləri yüksək tikinti xərcləri, sərt tənzimləyici mühit və uzunmüddətli iqtisadi risklərdir".

Ekspert əlavə etdi ki, Azərbaycanda investisiya mühitinin müsbətə doğru dəyişməsi üçün çox ciddi islahatlar aparılmalıdır:

"Hazırda bəzi islahatlar həyata keçirilir. Lakin bu daha dərin və sistemli şəkildə aparılmalıdır ki, xüsusilə də xaricdən Azərbaycana kapital axını sürətlənsin.Yalnız bundan sonra bu sahədə ciddi irəliləyişlərə nail olmaq mümkündür.

Mənzil əlçatanlığının artması isə birbaşa əhalinin gəlirlərinin artımı ilə bağlı məsələdir. Əgər insanların gəlirləri kifayət qədər deyilsə və birbaşa mənzil alışı mümkün olmursa, heç olmasa, ipoteka yolu ilə mənzil əldə etməyə şərait yaradılmalıdır.

Bu istiqamətdə isə Azərbaycanda bank sektorunun və ümumilikdə maliyyə bazarlarının mövcud problemləri aradan qaldırılmalı, faiz dərəcələri aşağı salınmalı və ipoteka proqramları daha səmərəli, əlçatan formada qurulmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri