Icma.az
close
up
RU
“Gələcəkdə süni intelekt bəstəkarın köməkçisinə çevrilə bilər” Azər Hacıyev

“Gələcəkdə süni intelekt bəstəkarın köməkçisinə çevrilə bilər” Azər Hacıyev

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Müsahibimiz Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müəllimi, Azərbaycan radiosunun musiqi redaktoru, Bəstəkarlıq İttifaqının üzvü, Azərbaycan Kinematoqrafçılar ittifaqının idarə heyətinin üzvü, Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri Azər Hacıyevdir.

Gununsesi.info həmin müsahibəni  təqdim edir:

-Azər bəy, ilk öncə demək istəyirəm ki, yaradıcılığınızla tanış olanda görürürük ki, çox şaxəli fəaliyyətiniz var. İstedadlı olduğunuz halda həmdə çox təvazökarsınız. Yazdığınız bəstələr isə sadəcə mükəmməldir. Təvazökarlıq ilə mükəmməlliyi necə kompozisiya edərdiniz?

– Məncə biz bir-birimizi aldada bilərik, ancaq musiqini aldatmaq olmaz, bu mümkün deyil, buna görə musiqi ilə insanlardan daha çox səmimi olmalısan. Mən müsiqidə olduğum səmimiliyi insanlara da göstərirəm. Bu necə adlanır bilmirəm, amma reallıq budur.
Bəstələrinzdə bütün kainatın səsləri varmış kimi hiss edirəm. Bu həqiqətənmi belədir?

– Təbiətdəki bütün səslərdə müəyyən bir ahənglik var, mən bütün səslərdən istifadə etməyi, təcrübələr aparmağı xoşlayıram, bütün səslərin özünün bir özəlliyi var və bu səsləri izləyiciyə doğru çatdırmaq lazımdır.

-Sizin profiliniz audivizual elektron və akademik musiqidir. Müasir musiqi ilə yaranış musiqi arasında inkişaf mərhələsini necə qiymətləndirirsiniz ?

– Ümumiyyətlə yaradıcı insanlar, bəstəkarlar və rəssamlar öz vaxtlarında dəyər verilib, qiymət görməyiblər. Bunun səbəbi kütlənin günahı deyil idi, səbəb onların istedadının həddindən artıq zamanı 20-30 il qabaqlamaları idi. Düzdür, bu durum istedadlı insanları çox vaxt depressiyaya salıb, amma zaman gəlib onların əsərləri özləri olmasa da sonradan dəyərli hesab olunub. Öz dövrünün istedadlı insanı olmaq böyük işdir.

-Yazıçının təxəyyül məhsulu, müşahidə qabiliyyəti güclü olduğu üçün maraqlı əsərlər ərsəyə gətirə bilir, bəstəkarlar isə əsərin dilini notların vasitəsilə səslərə çevirərək musiqilər bəstələyirlər. Sizə görə görunməyəni izah etmək nə qədər məsuliyyətlidir?

-Əslində faciənin ən yüksək zirvəsi nədir sualını versələr mən deyərdim ki, rəqs etmək. Çünki insan artıq faciənin ən yuxarı təbəqəsində o qədər faciəni yaşayır ki, artıq dəlicəsinə oynamağa və gülməyə başlayır, öz faciəsini hiss etdiyi üçün..Bu məsələdə həqiqətən də musiqi dili ilə realda insanın müşahidələrinə əsasən daxili aləmini hiss etməyə çalışaraq, istənilən səslər yaxud harmoniya, musiqi olmalıdır ki, tamaşaçı sizin hansı hissləri yaşadığınızı bilsin. Müəyyən dərəcədə mən bunu daha da mürəkkəbləşdirməyə çalışıram, çünki formal, banal görsənən və olduğu kimi olan bir emosiyalar məni çox qane etmir, mən onun daha da çox daxilini görməyə çalışıram.

-İndiki dövrdə süni intellektlə bəstələnən mahnılar gündəmi zəbt edib. Biz bilirik ki, süni intellekt fərdi insan beyninin məhsulu qədər keyfiyyətli məhsul istehsal edə bilməz. Bəzən “Kütlə bunu istəyir “ devizi ardınca gedənlər keyfiyyəti yox kəmiyyəti düşünür.
Bu durum əsl sənətin kölgədə qalmasına zəmin yaradırmı?

– Düşünmürəm ki, süni intellekt o qədər də bəstəkarlığa mane olacaq, bəlkə də müəyyən dövrdən sonra əksinə o bir köməkçi funksiyasını daşıyacaq. Mənə görə bəstəkarlıq özü bir fərdi sənətə və bu sənət də bir brendə çevrilir..Çoxu bunu vurğulayır ki, emosiyaları süni intellektlə tam olaraq göstərmək olmur. Lakin bu əsası insan tərəfindən qoyulan musiqini daha da düzgün istiqamətə gətirib çıxara bilər. Mən düşünürəm ki, gələcəkdə süni intellekt bəstəkarın assisentinə çevriləcək..

-Yaradıcılıq fəaliyyəti dönəmində bəstəldiyiniz musiqilərdə özünüzü tam ifadə edə bilmisinizmi ?

-Hər bir bəstəkarın özünə məxsus dəsti xətti var. Yaradıcılığım dönəmimdə istənilən bir əsəri növbəti yazacağım bir əsərin davamı hesab edirəm. Həmdə bəstələrim mənim bir təcrübə yolumdur.

-Son bir ilin hesabatı olaraq hansı işlərinizdən bəhs edə bilərsiniz ?

– Son bir il mənim üçün müxtəlif yeni işlərlə yadda qaldı. Qeyd edim ki, ən yaxşı film bəstəmə görə “Qızıl Pəri” mükafatına layiq görüldüm. Düşünürəm ki, sənətə verilən dəyər insan üçün bir motivasiyadır, lakin bu məndə heç vaxt bir rahatlıq yaratmır, çünki bəstəkarlıq sənəti də daim inkişafda olmalıdır və mən daim yeni işlər görmək üçün axtarışdayam.

-Azər bəy, sizin bəstəkarı olduğunuz bir neçə tamaşanın izləyicisi olmuşam. Aktyor oyunu, rejissor işi ilə bərabər deyərdim ki, sizin bəstələriniz sayəsində həmin səhnələr çox təsirli və möhtəşəm alınıb.

Buna misal olaraq Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin səhnələşdirdiyi Çingiz Aytmatovun “ Gun var əsrə bərabər “əsərinin motivləri əsasında hazırlanmış “ Əsrə bərabər gün ” tamaşasında olan musiqilər, daha sonra uşaqlar üçün nəzərdə tutulmuş “Bədheybət və gözəl “ tamaşası və s.

“10 mart-Teatr günü” ilə bağlı Pərviz Seyidbəylinin tarixi “Ləng “ təsviri – psixoloji dramı, rejissor Bəhruz Vaqifoğlunun quruluşunda səhnələşən tamaşasının bəstələri də sizə aiddir. Xüsusilə qeyd etmək istəyirəm ki, yaratdığınız səslərin mistikası və döyüş səhnələrinin səslər vasitəsilə effektivliyi, yaşanmış tarixin qürur verici əzəmətini tamaşaçıya şüuraltı olaraq sehrli səslərin sədası ilə ötürə bildiniz.

-Dəyərli və xoş sözləriniz üçün minnətdaram. Bundan sonra da çalışacağam ki, maraqlı və müxtəlif janrlar, tamaşalar, animasiya və filmlər, başqa müstəqil əsərlərin üzərində yeniliklər edərək təcrübələr aparım. Çalışacağam ki, Azərbaycan Musiqisinin inkişafı üçün gözəl əsərlər bəstələyim!

Təşəkkür edirik müsahibə üçün Azər bəy . Sizə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq !

 İlhamə Məmmədova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Mart 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri