Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Gələcəyə məktub Züleyxa NaElin hekayəsi

Gələcəyə məktub Züleyxa NaElin hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Züleyxa NaElin "Gələcəyə Məktub" hekayəsini təqdim edir.

Oynamaqdan doymayan, arzularına çatmayan

və heç vaxt böyüməyəcək müharibə qurbanı olan uşaqların xatirəsinə

Bir zamanlar böyük şəhərdən uzaqda yerləşən kiçik və gözəl kənddə Tuana adlı bir qız yaşayırdı. O, dünyanın gözəlliklərindən zövq alan, təbiətə dərin sevgisi olan, yaradıcı bir uşaq idi.

Günlərini çiçək yığmaq, meyvə toplamaq və təbiətin rəngarəng gözəlliklərini seyr etməklə yanaşı, atasının kitabxanasındakı nadir kitabları oxumaq, anasının müşaiyəti ilə pianoda ifa etməklə keçirirdi. Yaşıdları ilə baxçada toplanar, gələcək planlarını müzakirə edərdilər. Hər biri böyüyəndə kim olmaq istədiyini, nə işlə məşğul olmaq istədiyini danışardı. Onlar seçdiyi peşələrin insanlara, bəşəriyyətə faydasını müzakirə edərdilər.

Müharibə xəbərləri yayılmağa başlamışdı. Tuana dünyanın nə qədər kövrək olduğunu bilirdi. İnsanların törətdiyi müharibələrlə bu gözəllikləri məhv edə biləcəyini hiss edirdi. Ona görə də gələcək nəsillərə bir hədiyyə hazırlamaq qərarı verdi.

Tuana hər gün məktəbdən qayıdanda müxtəlif gül və meyvə toxumları toplayar, onlar haqqında maraqlı məlumatlar öyrənərdi. O, tapıntılarını şüşə qablara doldurardı. Öz arzuladığı gələcəyi təsəvvür edirdi – müharibəsiz, sevgi və sülh dolu bir dünya. Tuana üçün hər toxum bir ümid, onları topladığı hər şüşə qab isə gələcək üçün bir məktub idi. Hər bir şüşənin içinə gələcək üçün ümid dolu məktublar yazardı və bu şüşələri dostları ilə birgə kəndin müxtəlif yerlərində torpağa basdırar, yaxınlıqdakı çaya buraxardı.

Lakin döyüşlərin dalğası kəndə yaxınlaşmağa başladıqda, Tuananın narahatlığı daha da artdı. Müharibənin yaratdığı dağıntılar və insanların çəkdiyi əzablar onun gözləri önündə baş verirdi. Qız məktəblərin bağlanmasını, uşaqların qorxusunu görür, kənddəki sükutun narahatedici səsini duyurdu. Kənd sanki kiçik bir sığınacağa çevrilmişdi.

Tuana gecələr şam işığında oturub yeni şüşələr hazırlamağa başladı. Hər bir şüşənin içinə yazıb qoyduğu məktublarda müharibənin amansızlıqlarını, uşaqların çəkdiyi əziyyətləri və insanların itirdiyi sevdiklərini təsvir edirdi. Onun məktubları qəlbindən gələn ümid və sülh arzusunu əks etdirirdi. Bir gün, Tuana öz otağında son şüşəsini hazırlayarkən kəndə atılan bombaların səsindən diksinib həyətə qaçdı.

Kənddə qorxunc səslər yüksəlirdi və insanlar özləri də bilmədən harasa qaçırdılar. Tuana isə öz şüşələrini xilas etmək üçün evə qaçdı. Lakin təəssüf ki, evə düşən bir bomba onun həyatına son qoydu. O, şüşələri və məktubları ilə birgə torpağın altında qaldı.

İllər keçdi, müharibə bitdi və kənd yenidən qurulmağa başladı. Bir gün kəndin uşaqları təsadüfən Tuananın şüşələrini tapdılar. Onlar şüşələrin içindəki məktubları oxudular və Tuananın müharibənin amansızlığı, uşaqların ölümü və gələcək üçün arzuladığı sülh dolu dünya haqqında yazdıqlarını gördülər.

“Gələcəyə Məktub.

Əziz Gələcək, bu məktubu harda və necə tapacaqsınız, kim bilir... Bəlkə də artıq bizim dünya olmayacaq və siz bu məktuba başqa bir planetdə rast gələcəksiniz. Bəlkə də bu məktubu və toxumları tapmaq üçün uzun bir yol keçdiniz. Bəlkə də bunları bir kəşf zamanı, dənizin dibində, ya da torpağın dərinliklərində tapdınız. Harada tapdığınızın önəmi yoxdur, önəmli olan bu kiçik toxumların sizin əlinizə çatmasıdır. Bir də bu sətirləri yazan bir qızın qəlbindən gələn ümid dolu sözləri oxumağınızdır.

Bizim yaşadığımız dövrdə dünya gözəlliklərlə dolu idi. Rəngarəng çiçəklər, şirin meyvələr və rahatlıq verən təbiət... Amma təəssüf ki, biz insanlar bu gözəllikləri qoruya bilmədik. Müharibələrlə, qarışıqlıqlarla və acgözlüklə dünyamızı məhv etdik. Lakin bir çoxumuz yenə də ümidimizi itirmədik. Çünki təbiət həmişə yenidən doğar, yenidən filizlənər.

Bu məktubun yanında sizin üçün xüsusi olaraq topladığım çiçək və meyvə toxumları var. Bu kiçik toxumlar bizim dünyamızın xatirələrini daşıyır. Onları diqqətlə seçdim və sevgi ilə qablaşdırdım. Hər biri keçmişin bir parçasını sizə gətirəcək.

Toxumları torpağa əkin. Onlara sevgi və diqqət göstərin. Sulayın, qulluq edin və səbrlə böyümələrini gözləyin. Bu toxumlar çiçək açanda bizim dünyamızın gözəlliklərini sizə gətirəcəklər. Hər çiçək, hər meyvə bizim zamanımızdan bir nağıl danışacaq.

Bəlkə də, bu toxumlar sizin dünyanızı bir az daha rəngli və gözəl edər. Bəlkə də, bizim səhvlərimizdən dərs alarsınız və dünyanızı daha yaxşı qoruyarsınız. Bu kiçik toxumlar, bu məktub sizə keçmişin gözəlliklərini və gələcəyə dair ümidləri gətirsin. Dünyanızı sevin və qoruyun ki, uşaqlar böyüsün!

Sevgi və ümidlə, Tuana"

Kəndin sakinləri Tuananın məktublarından təsirləndi. Onun yazdığı hər bir söz kənd sakinlərinin ürəyində yeni bir ümid və sevgi toxumu əkdi.

Tuananın xatirəsini yaşatmaq üçün kənd sakinləri onun adına böyük və gözəl bir bağ saldılar. Bu bağda Tuananın topladığı toxumlardan böyüyən çiçəklər və meyvə ağacları əkildi. Hər bahar bağ müxtəlif rəngli çiçəklərlə bəzənirdi və insanlar buraya gələndə o balaca qızın ruhunun hələ də onlarla olduğunu hiss edirdilər.

Bu bağ Tuananın arzuladığı dinc və gözəl dünyanın simvoluna çevrildi. İnsanlar hər dəfə bu bağa gələndə onun ümid dolu ruhunu və müharibənin amansızlığına qarşı göstərdiyi müqavimətini xatırlayırdılar. Balaca qızın hekayəsi bütün dünyaya bir ümid və sevgi mesajı olaraq yayıldı.

Balaca qız Tuananın əmanətləri sayəsində insanlar gələcəkdə dinc və sevgi dolu bir dünya yaratmaq üçün bir-birinə daha da yaxınlaşdılar.

Milli Teatrda "İblis və..." tamaşasının premyerası keçirildi Bu aktrisaya Şimali Kiprdə fəxri doktorluq dərəcəsi veriləcək Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Noyabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri