Gələcəyin təhlükəsi: 2030 cu ilə qədər dünya əhalisinin 41% i artıq çəkili olacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür. 2020-ci ildən bu tarixdə qeyd olunan günün məqsədi sürətlə yayılan artıq çəki probleminə diqqət çəkməkdir.
AZƏRTAC piylənmə ilə bağlı bəzi statistik göstəriciləri təqdim edir.
1975-ci ildən bəri uşaqlar arasında piylənmə 3, yeniyetmələr arasında isə 5 dəfə artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2030-cu ilə qədər dünya əhalisinin 41%-i artıq çəkili olacaq.
Məlumata görə, 6 yaşında artıq çəkisi olan uşaqların yarısı, yeniyetməlikdə isə 80%-i gələcəkdə piylənmədən əziyyət çəkir. 1997-ci ildə ÜST piylənmənin qlobal epidemiyaya çevrildiyini qəbul etdi. O vaxtdan bəri həkimlər artıq çəki və piylənmə problemi ilə bağlı intensiv ictimai maarifləndirmə kampaniyası aparır, piylənmənin səbəblərini izah edir, insanları onun nəticələri barədə məlumatlandırır, qarşısının alınması və müalicə variantları haqqında məlumat verirlər.
Piylənmə sadəcə estetik problem deyil, ürək-damar xəstəlikləri, xərçəng, diabet və sümük-əzələ sistemi xəstəliklərinə yol açan xroniki patologiyadır. Əsas səbəblər oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və xroniki stressdir. Eyni zamanda, bu problem ciddi psixoloji çətinliklərə də səbəb olur.
Effektiv mübarizə üçün fərdiləşdirilmiş pəhriz, fiziki aktivlik və stresin idarə olunması vacibdir. ÜST hökumətləri zərərli qidaların reklamını məhdudlaşdırmağa, şəkərli içkilərə vergiləri artırmağa və əhali üçün idman sahələrini genişləndirməyə çağırır.
Göyçək Mahmudlu - müxbir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 04 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















