“Gələcəyini fikirləş, yoxsa məhv olacaqsan” KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenko İranın silah istehsalında istifadə oluna biləcək nüvə materiallarını Çin və Rusiyaya təhvil verməyi təklif edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Al Arabiya telekanalına müsahibəsində danışıb.
Lukaşenko ABŞ və İsrailin İrana qarşı müharibəsini “ölümcül səhv” adlandırıb. Onun sözlərinə görə, İsrail gələcəyini düşünməyə başlamalıdır, əks halda “ona hətta nüvə silahı da kömək etməyəcək”.
Belarus lideri həmçinin İranın nüvə materiallarını Çinə verməyi təklif etdiyini vurğulayıb və nüvə silahlarının yayılmasının əleyhinə olduğunu bildirib.
Lukaşenko müsahibəsində İsraili çox sayda insanın ölümünə səbəb olmaqda da ittiham edib.
“İsrail bu qədər insanı, ilk növbədə qadınları və uşaqları öldürdükdən sonra hansı Holokostdan söhbət gedə bilər? Orada demək olar ki, hər şeyi yer üzündən siliblər. İnsanların sümükləri üzərində hansısa kurort tikmək istəyirlər. Bu, tamamilə absurddur”, – deyə Belarus Prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 16 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















