Icma.az
close
up
RU
Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu tarixlərdə Azərbaycan paytaxtı Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək.
Nəzərə alınmalıdır ki, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.
Ölkəmizə, eləcə də son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatlarına olan maraq səbəbindən cari ilin oktyabr ayında Bakıda keçiriləcək bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın nümayəndənin, o cümlədən hakimlərin, beynəlxalq təşkilatlardan olan nümayəndələrin və tanınmış ekspertlərin qatılacağı gözlənilir. 
Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilərin keçirilməsi, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələrə dair müzakirələrin aparılması, həmçinin ev sahibi olaraq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlığın keçirilməsi nəzərdə tutulub. 
Tədbir çərçivəsində, həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilib.  
Eyni zamanda Beynəlxalq Hakimlər Assosiasiyasının növbəti prezidenti də məhz Bakıda keçiriləcək seçki yolu ilə müəyyən olunacaq. Bu, tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanda keçirilən Assambleyanı təşkilatın tarixində mühüm mərhələyə çevirir.
Xatırladaq ki, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qərara alınıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1725

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see149

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see139

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see124

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri