Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

Tramp Harvarda 30 gün vaxt verdi

Telefonun batareyası ustanın əlində partladı VİDEO

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Gələn həftə 30 cu “Baku Energy Week” keçiriləcək

Gələn həftə 30 cu “Baku Energy Week” keçiriləcək

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2-4 iyun tarixlərində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə keçiriləcək. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.

“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

SƏRGİNİN TARİXİ

“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.

“Caspian Oil and Gas” regionun enerji sektorunun inkişafında mühüm rol oynayaraq, 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin müjdəçisi oldu. «Azəri-Çıraq-Günəşli» yataqlarının tammiqyaslı işlənməsi ilə bağlı sazişin imzalanmasından hələ bir neçə ay əvvəl danışıqların nəticəsi qeyri-müəyyən idi. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. 2012-ci ildə sərginin açılışında çıxış edən Prezident İlham Əliyev həmin dövrü belə xatırlayır: “O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra "Əsrin kontraktı" imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin açılış mərasimində mütəmadi iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini təsdiqləyir.

Uzun illərdir ki, “Baku Energy Week” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.

Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrildi. Keçirildiyi 30 il ərzində "Baku Energy Week" Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 000-dən artıq ziyarətçini cəlb edib.

Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.

Sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq.

Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

“SOCAR” “Baku Energy Week”in baş tərəfdaşı qismində çıxış edir. Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “ACWA Power”, “Azfen”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “CIM”, “Gap İnşaat”, “HMS Group”, “HUAWEI”, “Inpex”, “INTI”, “iMotors”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “MVM”,“NewMed Energy”, “Saipem”, “Pasha Bank”, “SLB”, “Türkiye Petrolleri AO”, “TotalEnergies”, “Tekfen Inşaat ve Tesisat,” “Türkiye Petrolleri AO” “Ural Steel” və “XRG” kimi nüfuzlu şirkətlər yer alır. Bundan əlavə, tədbirin intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” tədbirin konsultativ tərəfdaşıdır. “Caspian Oil and Gas” sərgisinin rəsmi avtomobili qismində “Imotors MMC” çıxış edir. “Imotors MMC” – JMC markasının Azərbaycandakı rəsmi nümayəndəsidir. JMC – güclü mühərrikləri və dayanıqlı konstruksiyası ilə tanınan Çinin aparıcı pikap və kommersiya avtomobil istehsalçılarındandır.

Tədbirlərin rəsmi bankı qismində “Pasha Bank” iştirak edir.

2, 3 və 4 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Pulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcəkdir. Bu xidmətin rəsmi sponsoru “AZFEN” və “TEKFEN” şirkətləridir.

30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.

TƏDBİRİN PROQRAMI

Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaqdır. "Enerji sənayesində davamlılıq", "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu", "Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri", "Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu", "Enerjinin səsi" mövzularında panel müzakirələri keçiriləcəkdir.

"Enerjinin səsi" panel sessiyasında media sahəsində uzun illər fəaliyyət göstərmiş jurnalistlər, media nümayəndələri və tədbirin təşkilatçıları iştirak edəcəklər. Sessiyada keçirildiyi illər ərzində Xəzər Neft və Qaz “Caspian Oil and Gas" sərgisinə öz töhfəsini vermiş media nümayəndələri çıxış edəcək və sessiyanın sonunda sertifikatlarla təltif olunacaqlar.

“Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.

Sərgi çərçivəsində iştirakçılar və ziyarətçilərin rahatlığı və dincəlməsi üçün istirahət zonası təşkil olunacaq. Bu zonanın sponsoru “Ural Steel” şirkətidir.

STARTAP ZONASI

30-cu Yubiley "Baku Energy Week" çərçivəsində "Smart Energy Hub" adlı xüsusi startap zonası təqdim olunacaq. Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edirlər.

ƏNƏNƏLƏR VƏ YUBİLEY TƏDBİRLƏRİ

Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd veriləcək.

Yubiley tədbirləri çərçivəsində həyata keçiriləcək əsas təşəbbüslərdən biri Bakı Ekspo Mərkəzinin ərazisində ağac və gül əkilməsi olacaq. Bu təşəbbüs dayanıqlı inkişaf və ətraf mühitin qorunması məqsədi daşıyır. “Təbiətin Gücü: Bakı Enerji Həftəsinin 30 illik yubileyinə həsr olunmuş ağacəkmə mərasimi” adlı ekoloji təşəbbüs çərçivəsində həyata keçiriləcək tədbirlə yanaşı, Bakı Ekspo Mərkəzinin ərazisinin abadlaşdırılması məqsədilə bir sıra işlər görüləcək. Belə ki, Bakı Ekspo Mərkəzinin həyətində "Baku Energy Week"in 30 illik yubileyinə həsr olunmuş skamyalar quraşdırılacaq, həmçinin heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlar yerləşdiriləcək. Bu təşəbbüslər tədbirin yalnız enerji sektoruna deyil, eyni zamanda sosial və ekoloji məsuliyyətə də verdiyi önəmin göstəricisidir.

Sərginin təqdim etdiyi imkanlardan daha səmərəli istifadə olunmasına dəstək məqsədilə 30-cu Yubiley “Baku Energy Week” təşkilatçıları tərəfindən iştirakçılar üçün biznes səhər yeməyi təşkil olunmuşdur. Tədbir çərçivəsində sərgiyə hazırlıq prosesində diqqət yetirilməli məqamlar, eləcə də iştirakçıların işgüzar əlaqələr qurmaq və sərgi imkanlarından maksimum faydalanmaq yolları barədə ətraflı məlumat təqdim edilmişdir.

Bu il də “Baku Energy Week” enerji sahəsinin liderlərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi, strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün mühüm platforma rolunu davam etdirəcək. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarmışdır.

30-CU YUBILEY “BAKU ENERGY FORUM”

Sayca 30-cu olan Yubiley “Baku Energy Forum” 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.

Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox deleqat iştirak edəcək. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il forumun proqramında rekord sayda 74 spiker yer alacaq.

“Baku Energy Forum”-da Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyanın keçiriləcək. Forum çərçivəsində baş tutacaq “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. "Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü", "Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları", "Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması", "COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol", "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması", "Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur", "Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.

Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. 4 iyun tarixində Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.

Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Forumun keçirildiyi məkan da təsadüfi seçilməyib. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konsepsiya əsasında inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istehlakına sərf olunan xərclər azaldılır.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq. Forum çərçivəsində sponsor qismində çıxış edən “INTI” tərəfindən “INTI Texnologiya Günü” adlı seminar keçiriləcək və bu seminara giriş sərbəstdir.

TƏŞKİLATÇILAR

Tədbirin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management” şirkətləridir. “Baku Energy Week” yüksək təşkilatçılıq səviyyəsini və təqdim olunan statistik məlumatların etibarlılığını təsdiqləyən Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına malikdir. Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", "Radisson Hotel Baku", "Gloria Flowers" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları daim yenilənən www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

BAKI ENERJİ HƏFTƏSİNİN QONAQLARI

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Vyatt Toehlke

Avropa Komissiyasının Energetika Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero

Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Beynəlxalq Enerji Birgə Bölməsinin rəhbəri Sofi Vestleyk

Bolqarıstan Respublikasının Energetika nazirinin müavini İva Petrova

Beynəlxalq Enerji Forumunun (IEF) Baş katibi Cassim Əl Şiravi

Beynəlxalq Enerji Xartiyasının Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Atsuko Hiroşe

Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar

Çexiya Respublikasının Milli Katibinin müşaviri Tomas Pojar

IRENA-nın Baş direktor müavini Qauri Sinqx

Keniya Respublikasının energetika və neft nazirinin müavini Aleks Kamau Vaçira

Qvineya-Bisau Respublikasının Ətraf Mühit, Biomüxtəliflik və İqlim Dəyişikliyi üzrə Fəaliyyətlər Naziri Viriatu Luis Soares Kassama

Maldiv Respublikası Turizm və Ətraf Mühit nazirinin müavini Hüseyn Aqil Nasir

MASDAR şirkətinin Baş icraçı direktoru Mohamed Al Ramahı Jameel

Moldova Respublikasının Energetika Nazirliyinin Dövlət katibi Karolina Novak

Macarıstan Energetika Nazirliyinin Enerji üzrə Dövlət katibi Mark Alfoldi-Boruss

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haitham Al Ghais

Pakistan İslam Respublikasının Energetika üzrə Federal Naziri (Elektrik Enerjisi Bölməsi) Sərdar Avais Əhməd Xan Leqari

Pakistan İslam Respublikasının Energetika üzrə Federal Naziri (Neft Bölməsi) Ali Pervaiz Malik

Səudiyyə Ərəbistanı, ACWA Power şirkətinin təsisçisi və sədri Mohammad Abunayyan

Rumıniya Energetika Nazirliyinin Dövlət katibi Pavel-Kasyan Niçulesku

Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Naziri Abdullahi Bidhan Varsame

Serbiya Respublikasının Neft və Qaz nazirinin köməkçisi vəzifəsini icra edən Sasa Kokovic

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Omar Kocaman

Türkiye Petrolleri A.O. şirkətinin Baş icraçı direktoru Ahmet Türkoğlu Ömer

Ukrayanın Energetika nazirinin müavini Mikola Kolisnik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see141

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Telefonun batareyası ustanın əlində partladı VİDEO

29 May 2025 02:50see110

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see110

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri